Kadırov Türkiyədə boğulma təhlükəsi ilə ÜZLƏŞDİ Xəstəxanaya APARILDI
Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov istirahət üçün getdiyi Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda dənizdə boğulma təhlükəsi ilə üzləşib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Bildirilir ki, sahil təhlükəsizlik əməkdaşları tərəfindən sahilə çıxarılan Kadırov təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
İddiaya əsasən, dənizə girən Çeçenistan başçısı qəfil çırpınmağa başlayıb. Sahilə çıxarılan Kadırova ilk tibbi yardım elə orada göstərilib.
Məlumata görə, xəstəxanada müalicə edilən Kadırovun sağlıq durumu yaxşıdır. Bir müddət həkim müşahidəsi altında saxlanılan Kadırovun həyatı üçün təhlükə yoxdur.
Baxış sayı:118
Bu xəbər 24 İyul 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















