Icma.az
close
up
RU
Kadırovla Putin arasında gərginlik Yeni detallar AÇIQLANDI

Kadırovla Putin arasında gərginlik Yeni detallar AÇIQLANDI

Icma.az bildirir, Modern.az portalına istinadən.

Son aylarda Çeçenistan rəhbəri Ramzan Kadırov ilə Rusiya prezidenti Vladimir Putin arasındakı münasibətlərdə ciddi gərginlik yaranıb.

Modern.az xəbər verir ki, bu barədə "istories" nəşrinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş və hazırda fəaliyyət göstərən əməkdaşları, Şimali Qafqaz üzrə müxbirlər və hüquq müdafiəçiləri məlumat veriblər.

Gərginliyin artmasına əsas səbəb kimi Kadırovun Kremlin xəbəri olmadan Yaxın Şərqdəki müsəlman monarxiyaları ilə öz ailəsinin təhlükəsizliyini və gələcəyini müzakirə etməsi göstərilir. FTX bu danışıqları qeydə alaraq birbaşa Putinə məruzə edib.

Məlumata görə, uzun müddətdir səhhətində ciddi problemlər yaşayan Kadırov öz ailəsinin gələcəyindən narahatdır. O, böyrək və mədəaltı vəzi xəstəliklərindən əziyyət çəkir və vəziyyəti getdikcə pisləşir. Kadırov son aylarda ictimaiyyət qarşısında daha az görünür və yalnız əvvəlcədən lentə alınmış video-materialları paylaşır.

Gərginliyin fonunda Kadırov öz ailə üzvlərini dövlət vəzifələrindən uzaqlaşdırmağa başlayıb. Yanvar ayında onun 26 yaşlı qızı Ayşat Kadırova Çeçenistanın baş nazirinin müavini vəzifəsindən azad edilib və ölkənin ən iri mineral su ixracatçısına rəhbərlik etməyə başlayıb. Mart ayında isə Ayşat və onun kiçik bacısı Təbariqin adları rəsmi hüquqi şəxslər reyestrindən çıxarılıb.

Kadırovun yaxın silahdaşı və Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov da Kremlin diqqət mərkəzinə düşüb. 2025-ci ilin əvvəlindən etibarən o, hərbi və kriminal münaqişələrdə iştirakdan çəkinməyə başlayıb. Məlumatlara görə, Kreml Çeçenistan rəhbərliyinə “açıq fəaliyyət göstərməmək” barədə göstəriş verib.

Delimxanov hazırda Moskvanın “Prezident-otel”ində yerləşib və orada Kadırovun nümayəndələri üçün qərargah kimi istifadə edilir. Kremlin və FTX-nin ona qarşı narazılığının əsas səbəbi isə razılaşdırılmamış kriminal fəaliyyətlərə rəhbərlik etməsi olub.

Şimali Qafqazda çalışan müstəqil jurnalistlər və hüquq müdafiəçiləri bildirirlər ki, Kadırov və Kremlin münasibətlərindəki bu gərginlik artıq regionun siyasi və təhlükəsizlik balansına təsir göstərməyə başlayıb. Bu isə Çeçenistanın gələcəyi ilə bağlı ciddi suallar doğurur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Mart 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri