Icma.az
close
up
RU
Kadırovun adınnı qarışdığı cinayət işinin məhkəməsi başlayıb KONKRET

Kadırovun adınnı qarışdığı cinayət işinin məhkəməsi başlayıb KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Özbəkistanda hərbi məhkəmə Prezident Administrasiyasının informasiya siyasəti şöbəsinin keçmiş rəhbəri Komil Allamjonova qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işinə baxmağa başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistanın “Ezgulik” insan hüquqları cəmiyyətinin rəhbəri Abdurahmon Taşanov məlumat verib.

Onun sözlərinə görə, proses bağlı qapılar arxasında gedir. “Müttəhimlərin çoxluğuna, irəli sürülən ittihamların ciddiliyinə və işin ictimaiyyət üçün əhəmiyyətinə baxmayaraq, qeyri-müəyyənlik yenidən hökm sürür”, – o yazıb.

Gazeta.uz bununla bağlı Ali Məhkəməyə və Baş Prokurorluğa sorğular göndərsə də, heç bir cavab almayıb. Hərbi məhkəmə xəbərlərə münasibət bildirməyib.

Qeyd edək ki, oktyabrın 26-na keçən gecə Daşkənd vilayətinin Qibray rayonunda iki naməlum şəxs sürücü S.S. və Komil Allamjonovun olduğu “Range Rover” markalı avtomobilə bir neçə dəfə atəş açıblar; Faktla cinayət işi başlanıb.

İstintaq sui-qəsd cəhdində iştirak edən 7 nəfəri müəyyən edib. İstintaq zamanı 5 nəfər nəzarətə götürülüb, iki nəfər axtarışa verilib. Onlardan biri, İnterpol xətti ilə axtarışda olan Javlon Yunusov Koreya Respublikasında saxlanılaraq ekstradisiya edilib. İkinci, K.S. Qazaxıstanda aşkar edilib və onun iştirakı ilə istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işi çərçivəsində iki Rusiya vətəndaşı – Bislan Rasayev və Şamil Temirxanov da İnterpol xətti ilə axtarışa verilib. Onlar Özbəkistana qanunsuz giriş-çıxışda, cinayət barədə məlumat verməməkdə və odlu silahların qanunsuz dövriyyəsində ittiham olunurlar.

Çeçenistanın rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında bir neçə dəfə hadisəyə münasibət bildirib. Hər iki dəfə o, “çeçen izi”nin mövcudluğunu və bu işdə iştirakını inkar edib. Eyni zamanda, o, “bunu sui-qəsd cəhdi adlandırmaq çətindir” deyib və əlavə edib: “Əgər sui-qəsdi mən hazırlasaydım, məsələni sona çatdırardım”.

O, həmçinin Komil Allamjonovu və Prioritet Layihələr üzrə Milli Agentliyin (NAPP) direktoru Dmitri Lini hədələyib. Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının deputatı Odiljon Tojiyev Çeçenistan rəhbərinin təhdidlərini pisləyib.//Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Yanvar 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri