Icma.az
close
up
RU
Kadırovun oğlu Ukraynada döyüşür? “Hərbi fərqlənməyə görə” medalı ilə təltif olunub

Kadırovun oğlu Ukraynada döyüşür? “Hərbi fərqlənməyə görə” medalı ilə təltif olunub

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Səhhətində ciddi problemlər olduğu deyilən Ramzan Kadırovun yerinə oğlu Adam Kadırovun varis hazırlandığı barədə məlumatlar getdikcə çoxalır. Bu məlumatları əsaslandıran məsələlərdən biri Kadırovun oğlunun qətiyyən yaşına və xidmətlərinə uyğun olmayan orden-medallarla təltif olunması və yüksək vəzifələrə təyin olunmasıdır.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Ramzan Kadırovun oğlu, 17 yaşlı Adam Kadırov Rusiya Milli Qvardiyasının “Hərbi fərqlənməyə görə” medalı ilə təltif edilib. O, bu mükafatı Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin direktoru, general Viktor Zolotovun əmri ilə alıb. Bu barədə Çeçenistan hökumətinin başçısı Maqomed Daudov öz “İnstaqram” səhifəsində məlumat və foto paylaşıb.

“Hərbi fərqlənməyə görə” medalı Rusiya Milli Qvardiyasında 2017-ci ildə təsis edilib. Mükafatın əsasnaməsinə əsasən, o, döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı şəxsi şücaət, fədakarlıq, təşəbbüskarlıq, uğurlu rəhbərlik və digər xidmətlərə görə verilir.


Daudov qeyd edib ki, bu mükafatın Adam Kadırova təqdim edilməsi onun “Xüsusi Hərbi Əməliyyata (Ukraynadakı müharibəyə-red.), habelə “təhlükəsizliyin və asayişin möhkəmləndirilməsinə” verdiyi mühüm töhfənin tanınmasıdır: "Adam kiçik yaşlarından Çeçenistan Respublikasının ilk prezidenti Axmat-Xadji Kadırovun nümunəsini götürərək öz xalqına və vətəninə xidmət etməkdə fədakarlıq nümayiş etdirib. Bu, məsuliyyətli və məqsədyönlü gəncdir, ümummilli liderimiz Ramzan Axmatoviç Kadırov daima ən mühüm istiqamətləri və tapşırıqları ona həvalə edir. Bu gün Adam SVO-ya (Ukraynadakı müharibəyə-red.) layiqli töhfələr verir”. Bu təriflərdən belə nəticə çıxarmaq olar ki, Kadırovun oğlu cəbhədə gedən döyüşlərdə iştirak edir. Ancaq əlbəttə ki, belə bir şey yoxdur…

Adam Kadırov daha çox 2023-cü ilin sentyabrında Quranı yandırdığına görə həbs edilən və o zaman Qroznıda istintaq təcridxanasında olan Nikita Juraveli döyməklə məşhurlaşıb. O vaxtdan bəri kiçik Kadırov dəfələrlə təltif edilib və respublika strukturlarında əsas vəzifələrə təyin edilib.

Qeyd edək ki, Kadırovun oğluna həmçinin “Çeçenistan Qəhrəmanı” titulu verilib, o, atasının təhlükəsizlik xidmətinin rəhbəridir, eləcə də Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin və Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə kuratorudur.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Aprel 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri