Icma.az
close
up
RU
Kadırovun qohumunu İrəvanda zəhərləyib öldürüblər Yeni versiya

Kadırovun qohumunu İrəvanda zəhərləyib öldürüblər Yeni versiya

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Çeçen qaçqın Ayşad Bəymuradovanın İrəvanda ölümü ilə bağlı yeni detallar üzə çıxıb.
Bakupost.az xəbər verir ki, Ermənistan hüquq-mühafizə qurumları ölüm faktını “qəsdən adam öldürmə” maddəsi üzrə araşdırsa da, rəsmi tibbi ekspertiza hələlik nəticə açıqlamayıb. Lakin hadisə ilə bağlı bir neçə mənbə 23 yaşlı qadının zəhərlənmə nəticəsində öldürülmüş ola biləcəyini bildirir.
Hadisə oktyabrın 19-u İrəvanın mərkəzində yerləşən kirayə evdə qeydə alınıb. Ayşad Bəymuradovanın cəsədi çarpayıda aşkarlanıb. Onu axırıncı dəfə oktyabrın 15-i sosial şəbəkələrdən tanış olduğu bir şəxslə görüşə gedərkən görüblər.
Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı bir kişi və bir qadın barəsində axtarış elan edib. Təhlükəsüzlük kameralarının görüntülərində həmin şəxslərin hadisə baş verən gecə mənzili tələsik tərk etməsi əks olunub. Məlumatlara görə, onların daha sonra Rusiyaya yollandığı ehtimal olunur.
İlk versiyalarda ölümün boğulma nəticəsində baş verdiyi deyilirdi. Lakin müstəqil araşdırma aparan hüquq müdafiəçiləri və bir neçə beynəlxalq media mənbəsi iddia edir ki, Bəymuradova zəhərlənərək öldürülüb. Bu məlumat rəsmi qurumlar tərəfindən nə təsdiqlənib, nə də təkzib olunub.
Qeyd olunur ki, Ayşad Bəymuradova Çeçenistandakı təzyiqlərdən sonra 2025-ci ilin əvvəlində Ermənistana sığınıb, yerli və beynəlxalq hüquq müdafiəçilərinin müşayiəti ilə qoruma altına alınıb. O, Çeçenistan rəhbəri Ramzan Kadırovla uzaq qohumluq əlaqəsinə malik idi.
Hadisə ictimaiyyətdə geniş rezonans doğurub. Bir sıra hüquq müdafiəçiləri ölümün qisas məqsədilə ola biləcəyini istisna etmir və Ermənistan hakimiyyətini şəffaf istintaq aparmağa çağırır. Sosial şəbəkələrdə “Ayşad üçün ədalət” adlı kampaniya başlayıb.
Ayşad Bəymuradovanın cəsədi hələ də meyitxanada saxlanılır. Ölüm səbəbi barədə yekun ekspertiza rəyinin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Cavid, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Dekabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri