Kadırovun tənqidçisi ilə bağlı qərar uzandı: BMT işə qarışdı
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Qazaxıstanın Almatı şəhərində Mansur Mövlayevin həbs müddəti 2026-cı ilin iyul ayına qədər uzadılıb.
Demokrat.az ArbatMedia saytına istinadla xəbər verir ki, Qazaxıstan onun şikayəti ilə bağlı mövqeyini 24 avqusta qədər BMT-nin İnsan Hüquqları Komitəsinə təqdim etməlidir.
Bildirilir ki, Almatı məhkəməsi 8 mayda məhkəməyəqədər həbs müddətinin uzadılması barədə qərar qəbul edib.
Mövlayevin tərəfdarları qeyd edir ki, BMT-nin İnsan Hüquqları Komitəsi əvvəllər onun işində müvəqqəti tədbirlər tətbiq edib - şikayətə baxılana qədər Qazaxıstana ərizəçinin vəziyyətinə təsir edə biləcək hərəkətlərdən çəkinmək tapşırılıb. Bundan əlavə, BMT-nin xüsusi məruzəçisi fəalın ekstradisiyası halında işgəncə, pis rəftar və məhkəmədənkənar edam riski barədə xəbərdarlıq edib.
Fevral ayının sonunda Qazaxıstan Mövlayevin sığınacaq xahişini təmin etməyib. O zaman dəstək qrupu bildirmişdi ki, "onun Rusiyada öldürülmə ehtimalı 100% təşkil edir".
Mövlayev Rusiyada "ekstremizmi maliyyələşdirmək" ittihamı ilə axtarışdadır.
Mövlayev əvvəllər narkotik ittihamı ilə iki il Rusiya həbsxanasında keçirib, lakin o, bu ittihamın siyasi fəallığı səbəbindən ona təzyiq göstərmək üçün istifadə edildiyini iddia edir. 2022-ci ildə azadlığa buraxıldıqdan sonra o, qaçırılıb və qanunsuz həbsxanada işgəncəyə məruz qalıb. 2023-cü ildə Mövlayev Qırğızıstana qaçmağı bacarıb və 2025-ci ilin may ayında Rusiyanın tələbi ilə Qazaxıstanda saxlanılıb. (musavat.com)
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Demokrat.az ArbatMedia saytına istinadla xəbər verir ki, Qazaxıstan onun şikayəti ilə bağlı mövqeyini 24 avqusta qədər BMT-nin İnsan Hüquqları Komitəsinə təqdim etməlidir.
Bildirilir ki, Almatı məhkəməsi 8 mayda məhkəməyəqədər həbs müddətinin uzadılması barədə qərar qəbul edib.
Mövlayevin tərəfdarları qeyd edir ki, BMT-nin İnsan Hüquqları Komitəsi əvvəllər onun işində müvəqqəti tədbirlər tətbiq edib - şikayətə baxılana qədər Qazaxıstana ərizəçinin vəziyyətinə təsir edə biləcək hərəkətlərdən çəkinmək tapşırılıb. Bundan əlavə, BMT-nin xüsusi məruzəçisi fəalın ekstradisiyası halında işgəncə, pis rəftar və məhkəmədənkənar edam riski barədə xəbərdarlıq edib.
Fevral ayının sonunda Qazaxıstan Mövlayevin sığınacaq xahişini təmin etməyib. O zaman dəstək qrupu bildirmişdi ki, "onun Rusiyada öldürülmə ehtimalı 100% təşkil edir".
Mövlayev Rusiyada "ekstremizmi maliyyələşdirmək" ittihamı ilə axtarışdadır.
Mövlayev əvvəllər narkotik ittihamı ilə iki il Rusiya həbsxanasında keçirib, lakin o, bu ittihamın siyasi fəallığı səbəbindən ona təzyiq göstərmək üçün istifadə edildiyini iddia edir. 2022-ci ildə azadlığa buraxıldıqdan sonra o, qaçırılıb və qanunsuz həbsxanada işgəncəyə məruz qalıb. 2023-cü ildə Mövlayev Qırğızıstana qaçmağı bacarıb və 2025-ci ilin may ayında Rusiyanın tələbi ilə Qazaxıstanda saxlanılıb. (musavat.com)
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Kadırovun qardaşı oğlu ilə bağlı qərar verildi
28 Aprel 2026 23:49
Kadırovun özü ilə bağlı etirafı gündəm oldu
15 Dekabr 2025 15:12
Kadırovun xəstəliyi irəliləyir..?
06 May 2025 00:46
Kadırovun varisi varmı?
12 Yanvar 2026 14:44
Qəzaya düşən Kadırovun oğlu ilə bağlı müəmmalı məlumatlar
21 Yanvar 2026 20:22
Baxış sayı:136
Bu xəbər 11 May 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















