Icma.az
close
up
RU
Kafedə DAVA: İşdən çıxarılan ofisiant obyekt sahibini döyüb Bakıya qaçdı

Kafedə DAVA: İşdən çıxarılan ofisiant obyekt sahibini döyüb Bakıya qaçdı

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda cəzaçəkmə müəssisəsindən yeni çıxmış məhkum kafeyə basqın edib.

Oxu.Az-ın məlumatına görə, Gədəbəy rayon sakini Niyaməddin Əliyev 2019-cu ildə törətdiyi cinayətə görə azadlıqdan məhrum edilib. O, cəzasını çəkdikdən sonra Gədəbəy rayonuna qayıdaraq, Şəmkir-Zəyəm yolunda fəaliyyət göstərən kafedə ofisiant-kababçı işləməyə başlayıb. Bir müddət həmin kafedə işləyən Niyaməddin sonradan içki aludəçisinə çevrilib.

Kafenin sahibi Mirzə Ağayev onunla bu barədə dəfələrlə söhbət aparsa da, Niyaməddin iş yerində spirtli içki qəbul etməyə son qoymayıb. Bir gün Mirzə Ağayev onun yenidən spirtli içki qəbul etdiyini görüb və ona "Əgər araq içəcəksənsə, bir də kafeyə gəlmə" deyib. Kafe sahibinin bu iradını özünə təhqir hesab edən Niyaməddin əsəbiləşərək Mirzə Ağayevə hücum edib. O, sahibkarı yumruq və təpik zərbələri ilə döyüb, kafenin 3 qapı, iki pəncərəsini qıraraq hadisə yerindən qaçıb. Niyaməddin kafedən çıxıb Bakıya, Sabunçu rayonuna gəlib və məsuliyyətdən yayınmağa cəhd edib.

Bir neçə gün Bakıda gizlənən Niyaməddin məsuliyyətdən yayındığını zənn edib və Bakıxanov qəsəbəsidəki kafedə yenidən spirtli içki qəbul edib. O, sərxoş halda kafedən çıxarkən ofisiant işləyən İntiqam adlı şəxslə rastlaşıb və gözü onun əlindəki mobil telefona sataşıb. Niyaməddin həmin telefonu ondan alıb satmaq qərarı verib və bu məqsədlə o İntiqama yaxınlaşaraq, "mənə bir pivə al, içim" deyib. İntiqam ona pivə almaqdan imtina edib və nəticədə Niyaməddin qəflətən İntiqamın sifət nahiyəsinə yumruqla zərbə endirib. İntiqamın yerə yıxıldığını görən Niyaməddin onun əlindəki telefonu alaraq hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Niyaməddin Sabunçu rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə N.Əliyev 6 il azadlıqdan məhrum edilib.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri