Icma.az
close
up
RU
Kafedə yanımıza gəlib, mən Güneli aparmaq istəyirəm dedi Təfərrüat

Kafedə yanımıza gəlib, mən Güneli aparmaq istəyirəm dedi Təfərrüat

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan şəhərində 39 yaşlı kişi kafedə tanışına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 12-də, gecə saat 3 radələrində Naxçıvan şəhəri 58-ci məhəllədə yerləşən Faytonçu kafedə baş verib. 
1987-ci il təvəllüdlü Amil kafedə baş vermiş mübahisə zamanı əlində olan kəsici alətlə Elçinin (adlar şərtidir – red.) qarının sol tərəfindən bir dəfə vurub. 
İş üzrə izahat verən Amilin sözlərinə görə, zərərçəkmiş Elçini tanıyıb, Faytonçu kafeyə gəlib-gedən müştəri olub, iş üzrə şahid Günel isə onun sevgilisi olub:
“İyulun 12-də, gecə saat 3 radələrində Elçin və Qəhrəman birlikdə stolların birində oturmuşdular. Mən isə Günel, Telman və Əli ilə birlikdə ayaqyolu tərəfdə stolda oturmuşduq. Elçingil araq içirdilər. Bu zaman Elçin gələrək mahnı qoymaq istədi. Həmin vaxt aramızda mahnı söhbəti getdi. Elçin sərxoş vəziyyətdə yanıma gəldi və “mən Güneli aparmaq istəyirəm” dedi. Bu söhbəti mənə xoş gəlmədi. Ona dedim ki, Elçin, sən nə danışırsan, bu nə söhbətdir, gəlib mənə deyirsən. Elçin də aşağı düşməyimizi, birlikdə söhbət etməyi təklif etdi. Birlikdə aşağı düşmək istəyəndə Telman Elçini kamera olan otağa qatmaq istədi. Lakin Elçin onun əlindən çıxaraq pilləkənlərə tərəf gəldi. Digər şəxslər də orada olub. Biz hamımız birlikdə aşağı düşdük, Elçin də avtomobilə tərəf gedəndə söyüş söydü. Mənim əlimdə açar olub, açarında üstündə dırnaqtutan var idi. Dırnaqtutanın içərisində uzun hissəsini, kəsici olan hissəsini çevirdim və balaca bıçağa oxşadı. Onunla Elçinin qarın nahiyyəsindən vurdum. Lakin Elçin nə olduğunu bilmədi. O, həmin vəziyyətdə avtomobilinə mindi və oradan getdi”.
İş üzrə zərərçəkmiş Elçin bildirib ki, təqsirləndirilən Amili Naxçıvan şəhəri, Atabəylər məhəlləsindən tanıyıb, Faytonçu kafedə olan zaman da yaxından tanış olublar:
“Günel ilə Amil sevgili olublar. İyulun 12-də, gecə saat 3 radələrində kafeyə getdim. Meyxana deyən Turalla birlikdə stolların birində oturdum. Yanımızda da bir nəfər şəxs oturdu, onu tanımadım. Həmin vaxt yeyib-içdik. Bu zaman sərxoş oldum və ürəyim sıxıldı. Stoldan duraraq çölə çıxmaq və havamı dəyişmək istədim. Bu zaman Amil gəldi və dedi ki, düş aşağı, söhbət edək. Ondan nə söhbət edəcəyimizin səbəbini soruşdum. Amil də heç nə demədi. Həmin vaxt yanımızda olan digər şəxslər də ora gəldi. Bizim aramızda durduq yerə mübahisə düşdü. Mən bir kəlmə də söyüş söymədim. Amil heç bir səbəb olmadan mənə ilişdi. Telman problem olacağını gördü və məni oradan kənarlaşdırmaq istədi. Amma Amil əl çəkmədi və mübahisə etdi. O, “düş aşağı, söhbət edək” dedi. Orada olan şəxslərlə birlikdə aşağı düşdük və avtomobilin yanına getdik. Ora çatan kimi Amil əlində olan əşya ilə sol böyrümdən vurdu. Konkret olaraq əşyanı görmədim”.  
Zərərçəkmiş qeyd edib ki, daha sonra avtomobilinə əyləşib və oradan gedib: “Həmin vaxt avtomobildə başqa kimin oturmağını bilmədim. Yolu dönəndə sol tərəfimdə ağrı olduğunu hiss etdim. Əlim ilə həmin hissəni yoxlayanda qanadığını, əlimin qan olduğunu gördüm. Sonra hadisə yerinə polis əməkdaşlarının gəldiklər. Avtomobili sərxoş idarə etdiyim üçün avtomobili Naxçıvan Muxtar Respublikasının Dövlət Yol Polisi İdarəsinin mühafizə olunan dayancağına yerləşdirdilər. Xəsarət almağım ilə bağlı Naxçıvan Muxtar Respublikasının Xəstəxanasına getdim. Həkimlər məni müayinə etdilər, yarama 2 tikiş qoydular”. 
Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 81.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri