Icma.az
close
up
RU
Kahramanmaraşlı şəhid ailəsi Qarabağı ziyarət edəcəyinə ümid bəsləyir

Kahramanmaraşlı şəhid ailəsi Qarabağı ziyarət edəcəyinə ümid bəsləyir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Kahramanmaraş, 17 iyun, AZƏRTAC

Erməni işğalından azad edilmiş Azərbaycan torpaqlarını ziyarət etmək, qardaş ölkədən olan şəhid ailələri ilə əlaqə yaratmaq ümidindəyik.

Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində bir ildən artıqdır ki, İraqın şimalında terrorçularla atışmada həlak olan Türkiyə Silahlı Qüvvələrinin çavuşu Mehmet Ali Horozun yaxınları deyiblər.

Qəhrəmanın böyük qardaşı Fetullah Horoz Türkiyə və Azərbaycanın azadlığı, bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlığın sarsılmaz olduğunu vurğulayan F.Horoz əlavə edib: “Minlərlə qardaşımızın azadlığı uğrunda qanını tökdüyü Qarabağa səfər etmək, Azərbaycandan olan şəhid anaları və ataları ilə görüşmək istərdik. Azərbaycan şəhidləri bizim də qəhrəmanlarımızdır”.

O, iki qardaş ölkənin övladlarının öz doğma torpaqlarını, Türkiyə və Azərbaycanın maraqlarını qorumaq əzmi ilə bundan sonra da həmrəy olacaqlarına əminliyini ifadə edib.

Kahramanmaraşlı qəhrəmanın xatirəsi bu gün doğulduğu Onikişubat rayonunun Həsəncikli kəndinin ibtidai məktəbində əbədiləşdirilib, şəhidin evində muzey otağı yaradılıb.

Xatırladaq ki, türk əsgəri ölümündən üç gün əvvəl həlak olacağı təqdirdə Afrika ölkələrindən birinin sakinlərini su ilə təchiz etmək üçün quyu qazmaq xahişi olan video çəkib. Qəhrəmanın vəsiyyətini azərbaycanlı xeyriyyəçi Tural Şahbazlı yerinə yetirib. Onun təşəbbüsü ilə Kamerunun Asiyeba kəndinin sakinlərinin suya ehtiyacını təmin etmək üçün quyu qazılıb.

O, AZƏRTAC-a bildirib ki, 2023-cü ilin fevral zəlzələlərindən qısa müddət sonra Kahramanmaraşda “Şahbaz” Humanitar Yardım Cəmiyyətini yaradıb və bu qurum vasitəsilə təbii fəlakət zonasının zərərçəkmiş sakinlərinə yardım göstərilir.

Həmyerlimiz digərləri ilə yanaşı, şəhid Horozun ailəsinə də vaxtaşırı baş çəkir, qəhrəmanın yaxınlarının ehtiyacları ilə maraqlanır.

Cəmiyyət rəhbəri Kahramanmaraş qəhrəmanının yaxınlarına kömək etməkdən qürur duyduğunu bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kahramanmaraş 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri