Icma.az
close
up
RU
Kainatda tək deyilik? 2025 ci ilin kəşfləri hər şeyi dəyişdirdi

Kainatda tək deyilik? 2025 ci ilin kəşfləri hər şeyi dəyişdirdi

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Günəş sistemimizin xaricində kəşf olunan və mövcudluğu təsdiqlənmiş planetlərin sayı 6 mindən çoxdur. 2025-ci il isə cüt ulduzun ətrafında fırlanan qeyri-adi dünyalardan, atmosfer quruluşu ilə tanınan qaydaları alt-üst edən lav planetlərinə qədər kainatın ən qəribə və adi olmayan planetlərini üzə çıxarıb.

Qaynarifno xəbər verir ki, insanın göy üzünə baxış bucağı 2025-ci ildə böyük bir dönüş yaşayıb. NASA tərəfindən izlənilən təsdiqlənmiş ekzoplanetlərin sayı 6 mini ötüb, minlərlə namizəd planet isə təsdiq üçün sırada gözləyir. Yalnız 30 il əvvəl günəşə bənzər bir ulduzun ətrafında fırlanan ilk planetimizi kəşf etdiyimizdə hiss etdiyimiz heyrət bu gün yerini kainatın nə qədər müxtəlif və qaydaları pozan dünyalarla dolu olduğuna dair reallığa buraxıb. Öz günəş sistemimizin nizamlı quruluşunun əksinə olaraq, bu il kəşf olunan "Super Dünyalar”, "Mini Neptunlar” və iki ulduzlu "Tatooine” tipli planetlər planetlərin yaranması haqqında bildiklərimizi yenidən yazmağa məcbur edir.

İlin ən çox danışılan hadisələrindən biri iki "uğursuz ulduz” – yəni qəhvəyi cırtdan ulduz ətrafında fırlanan qeyri-adi bir planetin kəşfi olub. Yer kürəsindən 120 işıq ili uzaqlıqda yerləşən bu qəribə dünya, adi düz orbit əvəzinə ulduzlarının qütblərindən keçən şaquli bir yol izləyir. Alimlər hesab edirlər ki, bu planet milyardlarla il əvvəl yaxınından keçən başqa bir ulduzun cazibə qüvvəsi ilə orbitindən çıxarılmış ola bilər. 

Digər tərəfdən, Ceyms Uebb Kosmik Teleskopu (JWST) sayəsində K2-18b adlı planetdə həyat ola biləcək qazların aşkarlanması elmi dünyada böyük bir müzakirə başladıb. Məlumatlar hələ tam təsdiqlənməsə də, bu müzakirələr uzaq planetlərdə okeanlarda həyat olub-olmadığını anlama yolunda imkanlarımızın sərhədlərini sınadığımızı göstərir.

İlin digər diqqətçəkən kəşfi isə ulduzlarına çox yaxın fırlanan "qurdquyruq planetlər” olub. Peqasus ulduz qrupunda yerləşən bir planet, ulduzunun həddindən artıq isti olması səbəbilə sanki ərir və arxasında 9 milyon kilometr uzunluğunda nəhəng bir toz quyruğu buraxır. Hər dövründə bir Everest Dağı qədər kütlə itirən bu planet alimlərə bir dünyanın daxili quruluşunu öyrənmək üçün nadir bir fürsət təqdim edir. Eyni zamanda, Ceyms Uebb Kosmik Teleskopunun atmosferi olmamalı olan yanıcı lava planetində (TOI-561b) gözlənilməz bir atmosfer qatını aşkar etməsi 2025-ci ilin ən böyük sürprizlərindən biri kimi qeydə alınıb.

İl bitərkən, Çili və Arizona teleskopları hələ formalaşmaqda olan bir nəhəng planetin toz və qaz buludlarını yararaq öz yolunu açarkən birbaşa görüntüləməsini ilk dəfə təmin edib. Bu möhtəşəm mənzərə planetin doğum ağrılarına şahid olmağımızı təmin edib. Digər tərəfdən, 145 işıq ili uzaqlıqda yerləşən ölü bir ulduzun ətrafındakı planet qalıqlarını parçalayıb udması öz günəş sistemimizin uzaq gələcəyi üçün qaranlıq, amma eyni zamanda öyrədici bir güzgü rolunu oynayıb. 2025-ci il kainatda tək olub olmadığımız sualına hələ də dəqiq cavab verməsə də, axtardığımız cavabların düşündüyümüzdən daha yaxın və daha qəribə ola biləcəyini sübut edib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:302
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Dekabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri