Kaliforniya administrasiyası Trampa qarşı iddia qaldırıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Kaliforniya ştatının administrasiyası ABŞ prezidenti Donald Trampa, Pentaqona rəhbəri Pit Heqsetə qarşı Los-Ancelesdə Milli Qvardiya qüvvələrinin yerləşdirilməsi ilə əlaqədar məhkəməyə müraciət edib.
APA xəbər verir ki, iddiada Trampın etirazlardan Kaliforniya ştatının suverenliyini pozmaq üçün istifadə etdiyi və Milli Qvardiyanın yerləşdirilməsi ilə bağlı qərarı ştat qubernatorunun əksinə olaraq verdiyi bildirilir.
Tramp isə hesab edir ki, o olmasaydı, Los-Anceles məhv olardı.
San-Fransiskoda yerləşən Federal Dairə Məhkəməsinə təqdim olunmuş 22 səhifəlik şikayətdə Trampın federal qanunvericiliyi və Konstitusiyanı pozduğu bildirilir.
Ştat məhkəmədən Milli Qvardiyanın yerləşdirilməsi qərarını ləğv etməyi və onların üzərində nəzarəti qubernatora qaytarmağı tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 10 İyun 2025 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















