Kaliforniya Universiteti Trampı məhkəməyə verdi
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kaliforniya Universitetinin əməkdaşları ABŞ Prezidenti Donald Trampa qarşı 1,2 milyard dollarlıq təzminata görə kollektiv məhkəmə iddiası qaldırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Los Angeles Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, çərşənbə axşamı universitetin 100 mindən çox əməkdaşını təmsil edən 21 həmkarlar ittifaqı Kaliforniyanın Şimal dairəsi üzrə federal məhkəməsinə iddia ərizəsi ilə müraciət ediblər.
İddia ərizəsində göstərilir ki, Tramp administrasiyası universitetin tədqiqat qrantlarını dayandırmaqla, həmçinin, universitetdən 1,2 milyard dollar təzminat tələb etməklə, konstitusion hüquqları pozur və iş yerlərini təhlükə altında qoyur.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi universitet rəhbərliyini kampusda antisemitizmlə adekvat mübarizə aparmamaqda günahlandırır və universitetin işçi qəbulu, tələbə qəbulu, idman proqramları, təqaüd proqramları və s. kimi siyasətlərinə yenidən baxmasını tələb edir.
Xatırladaq ki, ABŞ hökuməti daha əvvəl Fələstinə dəstək nümayişləri ilə əlaqədar universitetə maliyyə ayrılmasını dayandırıb. Həmçinin Tramp və onun administrasiyası Amerikanın nüfuzlu universitetləri ilə bağlı dəfələrlə bəyanatlar verib. Konkret olaraq, ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi antisemitizm və etnik və irqi ayrı-seçkilik məsələlərini həll etməməsi ilə əlaqədar Harvard Universitetinə ayrılan 60 milyon dollar federal qrantı ləğv edib. Ağ Ev həmçinin universitetin xarici ölkələrdən tələbələrin qəbulu ilə bağlı icazəsini dayandırıb.

Kaliforniya qubernatoru Trampı məhkəməyə verir
09 İyun 2025 19:00
Kaliforniya qubernatoru Trampı hədələdi
07 İyun 2025 14:11
Kaliforniya Milli Qvardiya səfərbərliyinə görə Trampı məhkəməyə verib
10 İyun 2025 11:04
Kaliforniya Universiteti bəzi federal fondlarının kəsildiyini açıqladı
01 Avqust 2025 14:29
Kaliforniya qubernatoru Melaniya Trampı öpdü: Birinci xanım nədən şübhələnir VİDEO
27 Yanvar 2025 20:37

