Kaliforniyada meşə yanğınları 12 min hektardan çox ərazini yandırıb
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kaliforniyanın Los Padres Milli Meşəsində baş verən yanğınlar 12 min hektardan çox ərazini yandırıb.
Xalqcebhesi.az xəbər verir ki, New York Times (NYT) qəzetinin məlumatına görə, ştatın Santa Barbara və San Luis Obispo bölgələrində davam edən yanğınla bağlı rəsmilər açıqlama yayıb.
"Yanğın sıldırımlı və sərt relyefdə aktiv alov cəbhələri yaradır, yanğınsöndürmə resursları üçün əhəmiyyətli problemlər yaradır", - rəsmilər bildirib.
Səlahiyyətlilər yanğının 12 min hektardan çox ərazini əhatə etdiyini və ərazidəki təxminən 70 sakinin təxliyə edildiyini bildirib.
Quru və isti hava şəraiti ilə əlaqədar kənd və az məskunlaşan ərazilərdə yanğının "sürətlə yayılmağa davam etdiyini" vurğulayan səlahiyyətlilər, 3 nəfərin yaralandığını bildiriblər.
Səlahiyyətlilər yanğının yalnız 5%-nin nəzarət altında olduğunu qeyd edib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 03 Avqust 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















