Kaliforniyada meşə yanğınları evlərə yön alır
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında meşə yanğınlarının geniş areala yayılması ilə əlaqədar onminlərlə insanın ərazidən köçürülməsinə dair göstəriş verilib.
Bakıvaxtı.az bildirir ki, bu barədə "NBC News" telekanalı xəbər yayıb.
Məlumata əsasən, Los-Anceles şəhərindən təqribən 50 kilometr aralıda yerləşən Santa Susana və Simi Vadisi bölgələrinin sakinləri ciddi risklə üzləşiblər. Ştatın yanğından mühafizə xidmətinin açıqlamasında alovun azı bir yaşayış evinə ziyan vurduğu qeyd edilib. Hələlik xəsarət alan şəxslər haqqında informasiya daxil olmayıb.
Ən genişmiqyaslı yanğın ocağının təqribən altı min hektarlıq ərazini cənginə aldığı bildirilir. Alovun söndürülməsi prosesinə xüsusi aviasiya vasitələri cəlb ediliblər. Yüksək temperatur və şiddətli külək yanğının daha da genişlənməsinə şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 19 May 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















