Icma.az
close
up
RU
Kaliforniyada milyondabir ehtimal: Evsiz kişi lotereya bileti ilə külli miqdarda pul qazandı

Kaliforniyada milyondabir ehtimal: Evsiz kişi lotereya bileti ilə külli miqdarda pul qazandı

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin Kaliforniya ştatında evsiz kişi şərab mağazasından aldığı lotereya bileti ilə bir milyon dollar qazanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri yazıb.

Adı açıqlanmayan qalib bileti uzun illər ərzində daimi müştərisi olduğu San-Luis-Obispodakı "Sandy's Deli-Liquor" mağazasından alıb.

"O, mağazaya gəldi, qoruyucu təbəqəni cızdı və dedi: "Aman Tanrım, bu həqiqətdir? Dostum, mən daha evsiz deyiləm!" Mən isə "Cek-potu vurdun" dedim", - deyə mağazanın meneceri Uilson Samaan danışıb.

Əvvəlcə kişi 100 min dollar qazandığını düşünüb, lakin Samaan mükafatın bir milyon dollar olduğunu təsdiqləyib.

Daha sonra Uilson Samaan maşını olmayan kişini Fresnoya aparıb ki, o, bileti poçtla göndərmək əvəzinə şəxsən təqdim etsin.

"Mən ona dedim ki, bu, milyon dollarlıq biletdir... Səni mən aparacağam", - deyə menecer qeyd edib.

Qalib nəşrə bildirib ki, qalibiyyət onun həyatını dəyişib və həmin pulu ilkin ödəniş üçün bu ərazidəki evə, eləcə də avtomobilin alınmasına istifadə etməyi planlaşdırır.

Sosial şəbəkələrdə yayımlanan videoda kişi qalib gəldiyini təsdiqləyib.

"Mən burada "Sandy's Deli-Liquor"da bir milyon dollar qazandım və bəli, küçədən çıxmaq üçün səbirsizlənirəm", - deyə o, təəssüratını bölüşüb.

Qeyd edək ki, kişi "Triple Red 777" ani uduş bileti ilə mükafatı qazanıb. "Kaliforniya Lotereyası"nın məlumatına görə, belə bir biletlə bir milyon dollar qazanma ehtimalı 2 047 423-də birdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri