Icma.az
close
up
RU
Kalın da danışıqlarda iştirak edəcək Heyətlər AÇIQLANDI

Kalın da danışıqlarda iştirak edəcək Heyətlər AÇIQLANDI

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyi, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan isə iclasa moderatorluq etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

"Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü xarici işlər naziri Hakan Fidanın rəhbərliyi ilə saat 14:00-a (Bakı vaxtı ilə-red.) planlaşdırılıb. Fidanın açılış nitqi canlı yayımlanacaq. Görüşdə MİT-in direktoru İbrahim Kalının da iştirak edəcəyi gözlənilir", - mənbə bildirib.

Mənbə Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətlərindəki iştirakçıların siyahısını da təqdim edib. Məlumata görə, Prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksandr Fomin və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov təmsil edir.

Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov, xarici işlər nazirinin birinci müavini Sergey Kislytsya, Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin müavini Oleksandr Poklad, Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavini Oleq Luqovski daxildir.
Danışıqlar Boğaziçi sahilindəki Çırağan sarayında baş tutacaq. Mehmanxananın daxil olduğu bu tarixi binalar kompleksi Türkiyə hakimiyyəti tərəfindən rəsmi tədbirlərin təşkili üçün istifadə olunur.
Bundan əvvəlki danışıqlar mayın 16-da Çırağan yaxınlığındakı Dolmabaxça prezident ofisində baş tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 İyun 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri