Icma.az
close
up
RU
Kaliy orqanizmə nə üçün lazımdır?

Kaliy orqanizmə nə üçün lazımdır?

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sizə insan orqanizmi üçün daha bir lazımlı mikroelement olan " kaliy" haqda məlumat vermək istəyirik.

O, orqanizmin su balansına, ürəyin işinə, əzələ və sinirlərin fəaliyyətinə cavabdeh sayılır. Həmçinin şişləri azaldır, təzyiqi normallaşdırır,şlaklardan azad edir və spazmları azaldır. Eyni zamanda beyni oksigenlə təmin edərərək həm  fiziki,  həm də əqli yorğunluğu azaldır. Bu mikroelementdən orqanizmində 250 qr vardır.

İnsan sağlamlığını qorumaq üçün gündəlik olaraq kaliy tərkibli məhsullar qəbul etməlidir.  Gündəlik norma 1-2 qr təşkil edir. Orqanzimdə onun miqdarı fəsillərə uyğun dəyişərək, yaz aylarında az, payizda isə 2 dəfə artır.

Bədəndə bu mikroelement  çatışmadıqda bu kimi əlamətlərlə qarşılaşa bilərsiniz: quru dəri, yaraların gec sağalması, qırılan saçlar, şişlər və əzələ ağrıları. Həmçinin bu çatışmazlıqdan  təzyiqin aşağı olması, sümüklərin zəifləməsi, yuxusuzluq və depressiya kimi  nəticələrə gətirə bilər.

Belə hallarda kaliy tərkibli qida məhsullarının  rasionunuza artırılması məsləhət görülür. Hansı qida məhsullarında kalinin miqdarı çoxdur?

Bunlara ilk öncə meyvə və tərəvəzlər aid edilir. Həmçinin paxlalılar və dənli bitkilərdə də kalinin miqdarı çox sayılır.

Tərkibində bu mikroelementi zəngin olduğu meyvə və giləmeyvələr: portağal və mandarin, üzüm, alma, çiyələk, banan, yemiş, qarpız, itburnu, alça, qara və qırmızı qarağat. Kaliy həmçinin xiyar, kələm, turp, yulaf yarması və qozda var.

Qida məhsullarının tərkibində olan kaliy ziyansız sayılır, çünki sidiklə tez bir zamanda orqanizmdən xaric edilir. Lakin böyrəküstü vəzin normal işləmədiyində ürək funksiyasının pozğunluğuna, sidik ifrazının çoxalmasına və yüksək həyəcana səbəb ola bilər. Kalinin bədəndə normadan çox olması , hiperkalimiya da,  bədənə ziyan vura bilir. Belə hallarda hüceyrələrin zədələnməsi, maddələrdə  turşu-qələvi tərkibli pozuntuları, böyrək  işinin pozulamsı, şok, yuxusuzluq, aritmiya, mədə pozuntuları kimi  problemlər ola  bilir.

Bu element idmançılar üçün mütləq sayılır, belə ki fiziki məşğələlər zamanı ürək damar sisteminə yük düşür. Bu mikroelemet isə orqanların işini normallaşdıraraq, ürək ritmi və arterial təzyiqi tənzim edir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri