Kallas ABŞ nin Aİ yə qarşı tənqidini qismən ədalətli hesab edir
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasını Avropaya münasibətdə qismən ədalətli adlandırıb.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, o, bu barədə Dohada keçirilən beynəlxalq forumda deyib.
"Tənqid çoxdur, amma mən düşünürəm ki, bu, qismən ədalətlidir. Əgər Avropaya baxsaq, o, Rusiya ilə qarşıdurmada öz gücünü lazımınca qiymətləndirmir", - K.Kallas bildirib.
O həmçinin vurğulayıb ki, ABŞ hələ də Avropa İttifaqının əsas müttəfiqi olaraq qalır:
"Mən düşünürəm ki, biz müxtəlif məsələlərdə həmişə eyni mövqedə olmamışıq, lakin mənim fikrimcə, ümumi prinsip dəyişməz olaraq qalır. Biz əsas müttəfiqlərik və birlikdə olmalıyıq".
Qeyd edək ki, Ağ Evin saytında dərc edilən ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasında Avropa "özünə inamsız" kimi qələmə verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 06 Dekabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















