Icma.az
close
up
RU
Kallas: Əsəd rejiminin süqutu Suriya xalqı üçün tarixi bir məqamdır

Kallas: Əsəd rejiminin süqutu Suriya xalqı üçün tarixi bir məqamdır

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəşşar Əsəd rejiminin süqutu Suriya xalqı üçün tarixi bir məqamdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Əsəd rejiminin devrilməsi ilə bağlı bəyanatında əks olunub.

Bildirilib ki, artıq bütün suriyalılar öz yaxınlarının taleyi barədə həqiqətləri bilmək şansına sahib olmalıdırlar.

"Bu gün ümidlə dolu, eyni zamanda, qeyri-müəyyən gələcək qorxusu olan suriyalıların yanındayıq. İnsanların ölkələrini sabitləşdirmək və yenidən qurmaq, həmçinin ədaləti bərpa etmək və hesabatlılığı təmin etmək imkanı olmalıdır. Suriyanın ərazi bütövlüyünü qorumaq və onun müstəqilliyinə, suverenliyinə, eləcə də dövlət institutlarına hörmət etmək və ekstremizmin bütün formalarını rədd etmək olduqca vacibdir",-bəyanatda qeyd olunub.

K.Kallas bütün aktorları növbəti zorakılıqdan çəkinməyə, mülki şəxslərin müdafiəsini təmin etməyə və beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb:

"Biz bütün azlıqların nümayəndələrinin qorunmasını, habelə xarici vətəndaşların təhlükəsizliyini və Dəməşqdəki diplomatik nümayəndəliklərə hörmətlə yanaşmağı tələb edirik. Biz həmçinin bütün tərəfləri Suriyanın zəngin mədəni irsini və dini abidələrini qorumağa çağırırıq".

O qeyd edib ki, indi həmişəkindən daha çox, BMT Təhlükəsizlik Şurasının 2254 saylı Qətnaməsinin ruhuna və Suriya xalqının iradəsinə uyğun olaraq nizamlı, dinc və əhatəli keçidi təmin etmək üçün bütün maraqlı tərəflərin əsas məsələlər üzrə Suriya liderliyində inklüziv dialoqda iştirak etməsi vacibdir.

"Bu kontekstdə biz Aİ-nin bütün müvafiq alətləri vasitəsilə BMT-nin Suriya üzrə xüsusi elçisi Geyr Pedersenin davam edən fəaliyyətini dəstəkləyirik", - K.Kallas deyib.

Ali nümayəndə vurğulayıb ki, bu kritik dövrdə Avropa İttifaqı Suriya xalqının yanındadır və regiondakı tərəfdaşları, eləcə də əsas beynəlxalq tərəfdaşları ilə sıx əlaqə saxlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Dekabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri