Kallas: Yaxın Şərqin ehtiyacı gərginlik deyil, dialoqdur
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Yaxın Şərqdə gərginliyin yenidən artdığını bildirərək, regionun münaqişənin dərinləşməsinə deyil, tərəflərin danışıqlar yolu ilə razılığa gəlməsinə ehtiyac duyduğunu vurğulayıb.
Turkustan.az xəbər verir ki, Kallas bu barədə Aİ Müdafiə Nazirlərinin Cənubi Kiprdə keçirilən qeyri-rəsmi toplantısından əvvəl jurnalistlərə açıqlamasında danışıb.
Aİ-nin Qırmızı dənizdə həyata keçirdiyi ASPIDES əməliyyatına da toxunan Kallas bildirib ki, qurum əməliyyat çərçivəsində bölgədə əlavə hansı addımların atıla biləcəyini nəzərdən keçirir.
Onun sözlərinə görə, bu gün İrana qarşı naviqasiya azadlığının pozulması ilə əlaqədar sanksiyaların tətbiqinə başlanılacaq.
Kallas İran və ABŞ arasında, xüsusilə Hörmüz boğazı ilə bağlı məsələlərdə anlaşmanın vacibliyini qeyd edərək, hər iki tərəfi dialoqa çağırdı.
“Yaxın Şərqdə gərginliyin yenidən artdığını görürük. Hesab edirəm ki, regionun ehtiyac duyduğu əsas məsələ gərginliyin artırılması deyil, tərəflərin danışıqlar masasına əyləşərək ortaq məxrəcə gəlməsidir”, – deyə o bildirib.
Kallas əlavə edib ki, atəşkəs əldə olunacağı təqdirdə Aİ gəmilərin təhlükəsiz müşayiətinə dəstək verməyə hazırdır və bu məsələ gün ərzində müzakirə olunacaq.
O, atəşkəsin prioritet məsələ olduğunu vurğulayaraq qeyd edib ki, Aİ hər iki tərəflə təmaslarını davam etdirir və bu çağırışı onlara çatdırır:
“Atəşkəs son dərəcə vacibdir.”
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 08 İyun 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















