Kaluqada müəllim milli qvardiyanın beş avtomobilini yandırıb
News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kaluqada Rusiya milli qvardiyasının 5 avtomobilini yandırmaqda şübhəli bilinən 27 yaşlı müəllim saxlanılıb.
News24.az xarici mediaya istinadla xəbər verir ki, fövqəladə hadisə idarənin inzibati binasının düz yanında baş verib. Yanğın digər avtomobillərə keçməzdən əvvəl söndürülüb.
Şübhəli şəxs hadisədən təxminən yarım saat sonra gecə yarısı yaxalanıb. Onun ingilis və coğrafiya müəllimi işləyən yerli sakin İrina olduğu üzə çıxıb. Qadın hazırda analıq məzuniyyətindədir və üç aylıq körpəsi var.
İlkin məlumata görə, qadın telefon fırıldaqçılarının qurbanına çevrilmiş ola bilər. Mənbələr onun klassik sxemlə aldadıldığını, pulunun ələ keçirildiyini, vəsaitin geri qaytarılması şərti olaraq, yanğın törətməyə məcbur edildiyini iddia edirlər.
Dindirilmə zamanı İrina niyə belə bir şey etdiyini açıq şəkildə izah edə bilməyib.//musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 May 2025 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















