Kalyari əsas qapıçısını ehtiyatda saxlayacaq məğlubiyyətdə maraqlı olduğu üçün
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
"Kalyari"nin əsas qapıçısı Elia Kaprile A Seriyasının sonuncu – 38-ci turunda "Napoli"yə qarşı keçiriləcək oyunda start heyətində yer almayacaq.
İdman.biz "Cronache della Campania"ya istinadən xəbər verir ki, baş məşqçinin bu qərarı 23 yaşlı qolkiperin məğlubiyyətdə maraqlı olması səbəbindən verilib.
Belə ki, "Napoli" bu oyunda qələbə qazanacağı təqdirdə, bu kluba məxsus Kaprile karyerasında ilk dəfə İtaliya çempionu olacaq.
Kaprile cari ilin yanvar ayında icarə əsasında "Kalyari"yə keçib. Mövsümün ilk yarısında o, "Napoli" ilə A Seriyada 4 oyun keçirib. Bu isə o deməkdir ki, Elia "Kalyari"nin məğlubiyyətində maraqlı ola bilər: "Napoli"nin qələbəsi Kaprilenin də "skudetto"nu qazanması demək olacaq.
Qeyd edək ki, bu gün A Seriyasının 38-ci turu çərçivəsində keçiriləcək və çempionu müəyyənləşdirəcək "Napoli" – "Kalyari" və "Komо" – "İnter" matçları Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 23 May 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















