Kamal Bayramovdan günün proqnozu: “Mərakeş və Fransa mərhələ adlayacaq”
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Düşünürəm ki, Mərakeş növbəti mərhələyə yüksələcək. Bu komanda turnir boyu intizamlı, nizamlı və xarakterli futbol nümayiş etdirib. Müdafiədə etibarlı çıxış etməklə yanaşı, sürətli əks-hücumları ilə də rəqiblərinə təhlükə yaratmağı bacarıb". Bu sözləri Sport24.az-a açıqlamasında Kamal Bayramov deyib.
Veteran qapıçı dünya çempionatında 1/8 final mərhələsinin Kanada – Mərakeş, Paraqvay – Fransa qarşılaşmalarından gözləntilərini bölüşüb:
"Kanada doğma meydanda çıxış etməsinin üstünlüyündən yararlanmağa çalışacaq və asan təslim olmayacaq. Amma Mərakeşin daha oturuşmuş oyunu var. Belə matçlarda qazandığı təcrübə də həlledici rol oynayacaq.
Fransa isə mənim üçün bu dünya çempionatının əsas favoritlərindən biridir. Komandanın heyətində matçın taleyini bir epizodla dəyişə biləcək səviyyədə futbolçular var. Turnir ərzində həm hücumda məhsuldar, həm də müdafiədə etibarlı təsir bağışlayıblar. Paraqvay böyük əzmkarlıq nümayiş etdirən komandadır və bu mərhələyə təsadüfən yüksəlməyib. Bununla belə, Fransa fərdi ustalıq, heyət keyfiyyəti və oyun tempi baxımından üstün görünür. Hesab edirəm ki, bu amillər nəticəyə təsir edəcək və həm Mərakeş, həm də Fransa qalib gələrək 1/4 finala vəsiqə qazanacaqlar".
Qeyd edək ki, Kanada – Mərakeş qarşılaşması bu gün saat 21:00-da başlayacaq. Paraqvay – Fransa matçının start fiti isə gecə saat 01:00-da səslənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 04 İyul 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















