Kamandan oxatmanın gələcək inkişafı
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov arasında işgüzar görüş keçirilib. Görüş zamanı tərəflər arasında əvvəllər imzalanmış memorandum və müqavilə çərçivəsində uğurla icra olunan layihələr nəzərdən keçirilib, həmçinin qarşılıqlı fəaliyyətin gələcək istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Universitetin rektoru Gəray Gəraybəyli çıxışında idman ənənələrinin formalaşması və sağlam həyat tərzinin təbliğində bu kimi əməkdaşlıqların müstəsna əhəmiyyətini vurğulayıb. Kamandan oxatma üzrə birgə layihələrin icrasına görə federasiya rəhbərliyinə təşəkkürünü bildirən rektor, tələbələr arasında bu idman növünə olan yüksək marağın gözləntiləri üstələdiyini xüsusi qeyd edib. Eyni zamanda, görüşdə inklüzivliyin təmin edilməsi və fiziki məhdudiyyətli şəxslərin idmana cəlb olunması üçün müvafiq şəraitin yaradılmasına hər zaman dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.
Müzakirələrin sonunda tərəflər tələbə idmanının inkişafı və kütləviliyin artırılması istiqamətində birgə addımların davam etdiriləcəyini vurğulayıblar.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 15 May 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















