Kamçatka son sutkada 43 dəfə silkələndi: Güclü zəlzələnin nəticələri davam edir
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Rusiyalı seysmоloqlar son sutka ərzində Kamçatka diyarında 43 afterşok qeydə alıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə RF Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
Qurumdan bildirilib ki, Petropavlovsk-Kamçatsk və Vilyuçinskdə müvəqqəti yerləşdirmə məntəqələri işləməyə davam edir. Sutka ərzində onlar 61 nəfəri qəbul ediblər.
Xatırladaq ki, iyulun 30-da Kamçatkada maqnitudası 8.8-ə çatan zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri regionda ən güclü zəlzələ olub. Diyarın sakinləri sunami təhlükəsi barədə xəbərdar edilib, Şimali Kuril rayonunda isə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Kamçatkadakı zəlzələ vulkanik aktivliyin artmasına səbəb olub. 625 il ərzində ilk dəfə olaraq Kraşeninnikov vulkanı püskürməyə başlayıb, Avaçinski vulkanı aktivləşib, Klyuçevskaya Sopka vulkanında lava axınları başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 09 Avqust 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















