Icma.az
close
up
RU
Kamçatkada 8.7 bal gücündə zəlzələ olub: sunami təhlükəsi

Kamçatkada 8.7 bal gücündə zəlzələ olub: sunami təhlükəsi

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azı bir ay ərzində hiss olunacaq güclü afterşok prosesi barədə xəbərdarlıq edilib

Kamçatkada güclü zəlzələ baş verib. İlk yeraltı təkan 7,5, ikinci 8,7 bal gücündə olub. Bu da 1952-ci ildən bəri ən güclü zəlzələdir. Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının direktoru Danila Çebrov bildirib ki, hadisəni “ən güclü” kimi təsnif etmək olar.

Mütəxəssislərin ilkin məlumatlarına görə, Petropavlovsk-Kamçatskidə yeraltı təkanların intensivliyi ən azı 7 bal olub. Mütəxəssislər ən azı bir ay ərzində hiss olunacaq güclü afterşok prosesinin inkişafı barədə xəbərdarlıq ediblər.

Saxalin vilayətinin qubernatoru Valeri Limarenko bildirib ki, Severo-Kurilskdə də 7,9 bal gücündə zəlzələ baş verib. Sakinlər təxliyə ediliblər. Vilayət rəhbəri bildirib ki, təcili yardım xidmətləri tam gücü ilə işləyir. O həmçinin əlavə edib ki, vəziyyət nəzarətdədir.

Kamçatkanın Yelizovski rayonunda dörd metrlik sunami dalğası müşahidə edilib. Daha sonra bütün Kuril adaları üçün sunami təhlükəsinin elan edildiyi bildirilib.

İlk sunami dalğası Severo-Kurilsk sahil zonasına da düşüb. Saxalin vilayətinin qubernatoru Valeri Limarenkonun sözlərinə görə, sakinlər hündür yerlərdə təhlükəsizdirlər.

Rusiyanın Severo-Kurilsk şəhərindəki “Alaid” balıq emalı zavodu şəhərdə sunami sireninin səslənməsi zamanı su altında batmağa başlayıb. İnsanlar təcili olaraq zavoddan təxliyə ediliblər. Ölən və yaralananlar barədə məlumat yoxdur.

ABŞ-ın ən böyük ştatı olan Alyaska Kamçatka sahillərində baş verən və 7,5 bal gücündə qiymətləndirilən zəlzələdən sonra sunami təhlükəsi elan edib. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, ABŞ ştatı üçün sunami xəbərdarlığı Moskva vaxtı ilə saat 02:35-də edilib.

Həmçinin ABŞ-ın Havay ştatının paytaxtı Honolulu şəhərinin yerləşdiyi Oahu adasının hakimiyyət orqanları Kamçatkada baş verən güclü zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqədar sakinləri dərhal təxliyə etməyə çağırıb.

Yaponiya özünümüdafiə qüvvələri Kamçatkada baş verən güclü zəlzələdən sonra Yaponiya sahillərinə doğru irəliləyən sunami təhlükəsi fonunda Sakit Okean üzərində vəziyyəti izləmək üçün döyüş təyyarələri, eləcə də patrul təyyarələri və helikopterləri qaldırıb. Sunami ilə bağlı operativ məlumatların toplanması əməliyyatlarına hərbi aviasiyanın cəlb olunduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 İyul 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri