Icma.az
close
up
RU
Kamçatkada çətin vəziyyətdə qalan azərbaycanlı SON MƏLUMAT

Kamçatkada çətin vəziyyətdə qalan azərbaycanlı SON MƏLUMAT

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyadakı səfirliyimiz  Kamçatka yarımadasında Tolbaçik vulkanına səyahət zamanı çətin vəziyyətə düşən Azərbaycan vətəndaşı Tatyana Dolivetslə bağlı açıqlama yayıb. 

Modern.az xəbər verir ki, açıqlamada Tatyana Dolivetsin daxil olduğu turist qrupu ilə əlaqə qurulduğu bildirilib. 

"Rusiya Federasiyasının Kamçatka yarımadasında Tolbaçik vulkanına səyahət edən Azərbaycan Respublikasının vətəndaşı Tatyana Dolivetsin daxil olduğu müxtəlif ölkələrin vətəndaşlarından ibarət turist qrupunun əlverişsiz hava şəraiti nəticəsində çətin vəziyyətlə üzləşdiyi barədə məlumat daxil olan kimi, Rusiya Federasiyasındakı Səfirliyimiz və Yekaterinburqdakı Baş Konsulluğumuz tərəfindən yerli aidiyyəti qurumlarla əlaqə yaradılıb. Eyni zamanda, Kamçatkada fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri ilə əlaqə saxlanılıb və vəziyyətin operativ şəkildə öyrənilməsi və zəruri tədbirlərin əlaqələndirilməsi istiqamətində iş aparılır.

Tatyana Dolivetsin sosial media hesabında yaydığı məlumata əsasən, turist qrupu Kamçatkanın Tolbaçik vulkanı istiqamətində səyahət edərkən onların hərəkət etdiyi yol güclü yağışlar və çayın məcrasından çıxması nəticəsində sel suları altında qalıb. Təxminən 30 kilometrlik yolun yuyulması səbəbindən qrupun geri qayıtması hazırda mümkün deyil".

Qeyd edilib ki, hazırda Kamçatka diyarının aidiyyəti dövlət qurumları turist qrupu ilə peyk rabitəsi vasitəsilə əlaqə saxlayır və vəziyyət nəzarətə götürüb. Son günlər bölgədə müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən turistlərin təxliyəsi məqsədilə hava nəqliyyatından, o cümlədən helikopterdən istifadə imkanları məhdudlaşıb. Bununla belə, qrupla əlaqənin saxlanılması, onların vəziyyəti barədə mütəmadi məlumat əldə edilməsi və hava şəraiti imkan verən kimi təhlükəsiz ərazidən təxliyələrinin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.

Bildirilib ki, Azərbaycan Respublikasının Səfirliyi və Yekaterinburqdakı Baş Konsulluğu məsələni diqqətdə saxlayır və Rusiya Federasiyasının aidiyyəti qurumları, habelə Kamçatkadakı Azərbaycan icması ilə əlaqələndirilmiş şəkildə vəziyyəti yaxından izləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Avqust 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri