Icma.az
close
up
RU
Kamçatkada güclü zəlzələnin fəsadları: Daha bir şəhər yerini dəyişib

Kamçatkada güclü zəlzələnin fəsadları: Daha bir şəhər yerini dəyişib

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

İyulun 30-da Kamçatka sahilləri yaxınlığında son 73 ildə baş verən 8.7 bal gücündəki ən güclü zəlzələ Vladivostokda da hiss olunub. Şəhər cənuba doğru demək olar ki, 5 sm, daha sonra isə eyni məsafədə şimala doğru yerini dəyişib.

Oxu.Az-ın RTVI.com-a istinadən xəbərinə görə, bu barədə Uzaq Şərq Federal Universitetinin Politexnik İnstitutunun professoru Nikolay Şestakov danışıb.

"Hətta episentrdən 2 350 km aralıda yerləşən Vladivostokdakı stansiyalar belə Kamçatka zəlzələsi nəticəsində yaranan yer səthinin hərəkətlərini hiss edib. Əsas təkandan 10 dəqiqə sonra şəhərimiz cənuba təxminən 5 sm, daha sonra isə eyni ölçüdə şimala doğru "sürüşüb", - deyə alim bildirib.

Universitetdən qeyd ediblər ki, Kamçatkanın müxtəlif nöqtələrində əldə edilən yerdəyişmələrdəki fərqlər xüsusi maraq doğurur. Yarımadanın cənubunda maksimal yerdəyişmə qeydə alındığı halda, episentrə daha yaxın olan Petropavlovsk-Kamçatskda yer qabığı yarım metr yer dəyişib və 10 sm-dən az çöküb.

Alimlər bu yerdəyişməni zəlzələ mənbəyinin yerinin və strukturunun xüsusiyyətləri ilə izah edirlər.

"Ən maraqlı sual budur ki, niyə Kamçatkada insanlar yer qabığının belə böyük yerdəyişmələrini görmədilər? İzahı olduqca sadədir. Birincisi, nəhəng ərazi eyni anda yerini dəyişir. Buna görə də yaxınlıqdakı evlər və ya dağlar yeraltı təkanlardan dağılmır, onların bir-birinə nisbətən mövqeyi dəyişmir - onlar birlikdə yerdəyişmə edirlər. İkincisi, belə hərəkətlərin sürəti azdır (saniyədə 10 millimetr)", - deyə Nikolay Şestakov qeyd edib.

Professorun sözlərinə görə, sürətlər o qədər aşağıdır ki, güclü seysmik dalğalanmalar fonunda insan bunu hiss edə bilmir.

"Lakin dənizin kənarında dayansaq, sahilin necə çökdüyünü görmək olar - su torpağın bir hissəsini basacaq. Düzdür, əvvəlcə sunami hücumlarının bitməsini gözləmək və yalnız bundan sonra sahilə çıxmaq lazımdır", - deyə alim əlavə edib.

Xatırladaq ki, iyulun 30-da yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Zəlzələdən sonra çox sayda afterşok qeydə alınıb.

Kamçatkada baş verən güclü zəlzələdən sonra bölgədə ciddi geodinamik dəyişikliklər qeydə alınıb. İlkin məlumatlara görə, yarımadanın cənub hissəsi təxminən iki metr cənub-şərq istiqamətinə sürüşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Avqust 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri