Kamçatkadakı Klyuçevskaya Sopka vulkanı zəlzələdən sonra püskürüb
Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
Kamçatkada baş verən zəlzələdən sonra Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. SİA “Kazinform”a istinadla xəbər verir ki, ötən həftə mütəxəssislər aktivliyin artması ilə əlaqədar Avaçinski, eləcə də Bezımyannı, Şiveluç, Klyuçevskoy, Karımskiy vulkanlarını ziyarət etməməyi tövsiyə ediblər.Klyuçevskaya Sopka və ya Klyuçevskoy Avrasiyanın ən yüksək aktiv vulkanıdır. Hündürlüyü təxminən 4700 metrdir.Bundan əvvəl Kamçatkada 1952-ci ildən bəri ən güclü zəlzələ baş vermiş, maqnitudası müxtəlif hesablamalara görə 8,7-yə çatıb.ABŞ Geoloji Xidməti Kamçatkadakı zəlzələnin 1900-cü ildən bəri dünyada başverən ən güclü 10 zəlzələdən biri olduğunu bildirdi.Kamçatkada başverən zəlzələ müxtəlif ölkələrdə sunami xəbərdarlığı dalğasına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 31 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















