Icma.az
close
up
RU
Kamera görüntüləriniz ələ keçirilə bilər Nə etməli?

Kamera görüntüləriniz ələ keçirilə bilər Nə etməli?

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti videomüşahidə kameralarının görüntülərinin ələ keçirilməsi ilə bağlı kibertəhlükəsizlik tədbirləri həyata keçirib.

Araşdırmalar zamanı Azərbaycanın müxtəlif bölgələrində yerləşən ofis və mənzillərə quraşdırılmış kameraların idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən müdaxilələr edildiyi üzə çıxıb. Nazirlik tərəfindən görülən tədbirlərlə kibermüdaxilə hallarının zərərli nəticələri aradan qaldırılıb.

Bu məsələ ofis və mənzillərə quraşdırılmış kameraların görüntülərinin ələ keçirilməsi təhlükəsini yenidən gündəmə gətirib. Bəs, belə halalrdan necə qorunmaq olar?

Məsələ ilə bağlı informasiya təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Zeyvəliyev Bakupost.az -a açıqlamasında bildirib ki, texnologiya rahatlıq gətirməklə yanaşı, düzgün istifadə olunmadıqda ciddi təhlükələrə də yol aça bilər:

“Evdə və ya işdə istifadə etdiyimiz videomüşahidə kameraları, ağıllı cihazlar (smart cihazlar), hətta Wi-Fi modemlər belə, düzgün qorunmayanda kənardan müdaxilələrə açıq ola bilər. İnternetə qoşulan hər bir cihaz – istər telefon, istər kamera, istər televizor – haqqımızda məlumat toplaya bilər. Bu məlumatın başqa əllərə keçməməsi üçün bir az diqqətli olmalı, texnologiyanı tanımalı və təhlükəsizlik qaydalarına mütləq şəkildə əməl etməliyik”.

Mütəxəssis bildirir ki, bu cür müdaxilələrin qarşısını almaq üçün ilk növbədə istifadəçilər cihazlara dair əsas təhlükəsizlik qaydalarına əməl etməlidirlər:

“Cihazlar quraşdırıldıqdan sonra standart şifrələrlə işlək vəziyyətdə saxlanılmamalıdır. Təəssüf ki, bir çox insanlar ya şifrəni ümumiyyətlə, dəyişmir, ya da çox sadə, asan tapılan kombinasiyanı seçir. Halbuki güclü, mürəkkəb və təkrar olunmayan şifrələr istifadə etmək şəxsi məlumatların qorunması baxımından vacib addımdır. Bundan əlavə, istifadə olunan cihazların proqram təminatları da mütəmadi olaraq yenilənməlidir. Çünki köhnə versiyalar kibertəhdidlərə qarşı dözümsüz ola bilər. Kameraların və digər ağıllı cihazların internetə birbaşa çıxış imkanları isə minimuma endirilməli, əgər uzaqdan qoşulma zəruridirsə, daha təhlükəsiz yollar, məsələn, VPN vasitəsilə həyata keçirilməlidir. Eyni zamanda, istifadəçilər aldıqları texniki avadanlıqların keyfiyyətinə və istehsalçı şirkətə də diqqət yetirməlidirlər. Tanınmamış və ya çox ucuz məhsulların təhlükəsizliklik riski böyükdür.

Əsas məsələ isə budur ki, texnologiyadan istifadə edərkən onların necə işlədiyini minimum səviyyədə də olsa, başa düşmək lazımdır. Çünki texnologiya nə qədər inkişaf etsə də, onun təhlükəsizliyi istifadəçinin məsuliyyətindən başlayır”.

Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 İyul 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri