Icma.az
close
up
RU
Kameralara gizlicə müdaxilə edib hər kəsi izləyirmişlər DTX XÜSUSİ ƏMƏLİYYAT KEÇİRDİ

Kameralara gizlicə müdaxilə edib hər kəsi izləyirmişlər DTX XÜSUSİ ƏMƏLİYYAT KEÇİRDİ

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.

Sfera.az xəbər verir ki, bu barədə DTX-nin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının ərazisində yerləşən müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsini ehtiva edən qanunazidd əməllərlə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib. Aparılmış araşdırmalarla, həmçinin Azərbaycanda müxtəlif ünvanlarda olan videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunub.

Faktla əlaqədar DTX tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kibermüdaxilə hallarının zərərli nəticələrinin aradan qaldırılması təmin edilib. Görülmüş təxirəsalınmaz tədbirlərlə kibermüdaxiləyə məruz qalmış müşahidə kameralarının yerləşdiyi ünvanlar təsbit edilib, bu cihazlara keçirilmiş texniki baxış zamanı ümumi təhlükəsizlik boşluğu aşkarlanmış və həmin boşluğun kibermüdaxilənin əsas faktoru olduğu müəyyənləşdirilib. Eyni zamanda, qeyd olunan təhlükəsizlik boşluğunun aradan qaldırılması aidiyyəti xarici istehsalçı şirkətdən tələb edilib, habelə kibermüdaxiləyə məruz qalmış kameraların videogörüntülərinin xarici internet informasiya ehtiyatlarından silinməsi təmin olunub. Vətəndaşlara informasiya-kommunikasiya vasitələri ilə bağlı müvafiq qaydalara ciddi riayət etmələri, mənşəyi və texniki göstəriciləri məlum olmayan avadanlıqlardan istifadə zamanı diqqətli olmaları tövsiyə edilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, ölkəmizin kibertəhlükəsizliyi mövzusunda Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi kompleks tədbirlər çox təqdirəlayiqdir: “Videomüşahidə kameralarının idarəetmə sistemlərinə qarşı edilən kiberhücumlar yalnız fərdi vətəndaşların şəxsi həyatına toxunmur, eyni zamanda milli təhlükəsizliyimiz üçün ciddi risklər yaradır. Bu baxımdan, hər bir vətəndaşın informasiya-kommunikasiya vasitələrinin təhlükəsizliyinə ciddi yanaşması, istifadə etdiyi avadanlıqların texniki göstəricilərinə diqqət etməsi vacibdir. Dövlət orqanları və hüquq-mühafizə strukturları ilə birgə fəaliyyət göstərərək, kibertəhdidlərin qarşısının alınması istiqamətində birlikdə çalışmalıyıq”.

Deputat deyib ki, son dövrlərdə videomüşahidə kameralarının idarəetmə sistemlərinə qarşı qlobal şəbəkə üzərindən edilən kiberhücumların artması ciddi narahatlıq doğurur: “Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı uğurlu əməliyyat tədbirləri göstərir ki, Azərbaycanda da kibertəhlükəsizlik məsələlərinə kompleks yanaşma zəruridir. Videomüşahidə kameralarının DVR qurğularına icazəsiz giriş əldə olunması, şəxsiyyət və ailə həyatının gizliliyinə ciddi zərbə vurur, həmçinin milli təhlükəsizlik baxımından risklər yaradır. Bu cür kiberhücumlar həm fərdi şəxslərə, həm də ictimai obyektlərə qarşı yönəlib və informasiya məxfiliyini pozmaqla yanaşı, cinayətkar məqsədlər üçün istifadə oluna bilər. Əməliyyat nəticəsində müəyyən edilmiş ümumi təhlükəsizlik boşluqları, əksər hallarda avadanlıq istehsalçılarının proqram təminatında mövcud olan zəifliklərdən irəli gəlir. Buna görə də istifadəçilər avadanlıq alarkən yalnız etibarlı və müvafiq sertifikatlara malik məhsullara üstünlük verməli, həmçinin istehsalçıların təhlükəsizlik yeniliklərini vaxtında quraşdırmalıdırlar. Vətəndaşlara tövsiyə edirəm ki, videomüşahidə sistemlərinin parol və giriş parametrlərini mütəmadi dəyişsinlər, standart parollardan istifadə etməsinlər, həmçinin açıq internetə çıxışı olan sistemləri etibarlı firewall və digər təhlükəsizlik vasitələri ilə qorusunlar”.

Deputat bildirib ki, ümumilikdə, kibertəhlükəsizliyə qarşı mübarizədə ictimaiyyətin maarifləndirilməsi və dövlət qurumları ilə əməkdaşlıq olduqca vacibdir: “DTX-nin həyata keçirdiyi tədbirlər bunun ən yaxşı nümunəsidir və belə əməliyyatların davamlı aparılması milli təhlükəsizliyin təminatında önəmli rol oynayır. Əminəm ki, DTX-nin bu kimi əməliyyatları ictimaiyyətin məlumatlılığının artırılması və kibertəhlükəsizlik mədəniyyətinin yüksəldilməsi baxımından da önəm daşıyır. Vətəndaşlarımızın şəxsi məlumatlarının qorunması üçün maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinə ehtiyac var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 İyul 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri