Kamerunda gərginlik: Müxalifət seçkinin nəticələrini tanımadı
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kamerunda 12 oktyabrda keçirilən prezident seçkilərindən səkkiz gün sonra Milli Səs Sayımı Komissiyası ilkin nəticələri açıqlayıb.
92 yaşlı Prezident Paul Biyanın səslərin 53 faizindən çoxunu qazandığı, müxalifət namizədi Issa Toçiroma Bakarinin isə 35 faizdə qaldığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Toçiroma nəticələri tanımadığını bəyan edib.
Biyanın mübahisəli şəkildə qalib elan edildiyi seçki nəticələrinə qarşı ölkə miqyasında etiraz aksiyaları keçirilib. Hökumət ən azı 20 nəfərin saxlanıldığını açıqlayıb.
Artan gərginlik fonunda Kamerun Katolik Yepiskoplar Birliyi bəyanat yayaraq sülh çağırışı edib.
Kilsə, eyni zamanda yekun nəticələri elan edəcək olan Konstitusiya Şurasına “Həqiqət sizi azad edəcək” sözləri ilə müraciət edib.
Konstitusiya Şurasının seçki nəticəsini ən gec 26 oktyabra qədər açıqlayacağı gözlənilir. Nəticələr təsdiqlənərsə, Paul Biya səkkizinci müddətə prezidentliyə başlayacaq.
Müxalifət seçki prosesində çoxsaylı qanun pozuntularının baş verdiyini və seçici siyahılarının yenilənmədiyini iddia edir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 23 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















