Kamerunda qayıq qəzası nəticəsində azı 20 nəfər ölüb AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 29 noyabr, AZƏRTAC
Kamerunun ucqar şimal bölgəsində cümə axşamı günü baş verən qayıq qəzası nəticəsində azı 20 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyi hadisə şahidlərinə və təhlükəsizlik orqanlarındakı mənbələrə istinadla məlumat yayıb. Qayığın Darak adasından sərnişin daşıyarkən qəzaya uğradığı bildirilir.
Yerli mediada yayılan məlumata görə, xilasetmə işləri davam edir və ölənlərin sayının arta biləcəyi istisna olunmur. Hüquq-mühafizə orqanları qəzanın səbəbləri ilə bağlı rəsmi araşdırmaya başlayıblar.
Kamerunun şimal bölgəsində həddindən artıq yüklənmə, daşıma qaydalarının pozulması və pis hava şəraiti səbəbindən gəmi qəzaları tez-tez baş verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 29 Noyabr 2024 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















