Icma.az
close
up
RU
Kamfora yağı ucuz və effektli müalicəvi vasitə

Kamfora yağı ucuz və effektli müalicəvi vasitə

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kamfora Şərqdə qədim vaxtlardan tibbdə çox geniş istifadə olunurdu. Onun köməyi ilə ağrılar, iltihablarla mübarizə aparırdılar. İnsanlar inanırdı ki, kamforanın kəskin iyi qara güvvələri qovur.

Kamfora təbii müalicəvi vasitədir. Kamfora yağını kamfora ağacından istehsal edirlər.

Kamfora yağı müasir dövrdə də həm tibbdə, həm də kosmetologiyada geniş istifadə olunur. Kamfora yağı bir çox qızdırıcı, ağrısızlaşdıran, iltihabəleyhinə mazların tərkibinə daxildir.

Saglamolun.az bildirir ki, ev şəraitində təmiz kamfora yağı müxtəlif ağrılar və iltihablar zamanı təbii müalicəvi vasitə kimi uğurla istifadə oluna bilər. Kamfora yerli qan dövranı yaxşılaşdırır, iltihabı azaldır, sinir sisteminə çox müsbət təsir edir, sakitləşdirir, ürəyin fəliyyətinə müsbət təsir edir.

- Əzələ iltihabları və ağrıları zamanı ağrıyan əzələyə kamfora yağını sürtün. Bu ağrıların və ilthabların tez bir zamanda azalmasına kömək edəcək. Radikulit, revmatizm, artrit, podaqra kimi xəstəliklərlə bağlı olan ağrılar zamanı kamfora çox yaxşı effekt verir.

- Kamfora kompresləri bədəndə travmadan sonra (yıxılma və s.) göyərmələrin və əzilmiş yerlərinin müalicəsində istifadə olunur.

- Kamfora qulaq iltihabı zamanı (otit) da çox geniş istifadə olunur. Bunun üçün tənzif kamfora yağında isladılır (yağı əvvəlcədən isti suda bir qədər isindirin), qulağın ətrafında (qulağın içinə yox!) kompres şəklində qoyulur. Daha sonra qular qalın pambıq qatı ilə örtülür və üzərinə tənzif sarıq qoyulur. Kompresi 2 saat ərzində saxlamaq lazımdır. Nəzərinizə çatdıraq ki, belə kompres yalnız xəstəliyin əvvəlində müsbət effekt verə bilər. Belə kompresləri uşaqlara da qoymaq olar. Lakin bunu etməzdən əvvəl mütləq pediatrla məsləhətləşin. Belə hesab olunur ki, 2 yaşına kimi olan uşaqlarda kamforanın istifadəsi arzu edilmir.

- Bronxit zamanı da kamfora yağı çox yaxşı müalicəvi effekt verir. Tənzif kamfora yağında isladılır, döş qəfəsinə qoyulur və yun şərf və ya şalla bədənə bərkidilir. Belə kompresi yatmazdan əvvəl etmək lazımdır. Xəstə bu kompreslə yatmalıdır.

- Sinusitlər (haymorit, frontit və s.) zamanı kamforanı kompres şəklində üzə qoymaq olar. Pambıq əskiyə kamfora yağını damızdırın və üzə qoyun.

- Kamfora yağı baş ağrıları azaldır. Baş ağrıları zamanı kamfora yağını yun parçaya (şərf və s.) damızdırın və başınızı sarıyıb uzanın. Tez bir zamanda siz ağrıların azalmasını hiss edəcəksiniz.

- Kamfora yağı sinir sisteminə də müsbət təsir edir. Hər gün yatmazdan əvvəl 10 damcı kamfora efir yağı əlavə olunmuş ilıq vanna qəbul edin. Bu sadə vasitə sakitləşdirir, stresi və yorğunluğu azaldır, yuxunu tənzimləyir.

- Diş ağrısı zamanı pambığa bir neçə damcı kamfora yağı damızdırın və ağrıyan dişin üzərinə qoyun.

- Tibbdən əlavə kamfora kosmetologiyada da uğurla istifadə olunur. Yağlı iltihablı dəri üçün bu kimi maska hazırlamaq olar: 2 xörək qaşığı ağ gil ilıq su ilə xama konsistensiya alınana kimi qarışdırılır, 1/2 çay qaşığı kamfora yağı əlavə olunur və üz dərisinə çəkilir. 10 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

Üz dərisini cavanlaşdıran maska: 1 yumurta sarısı, 1 çay qaşığı zeytun yağı, 1/2 çay qaşığı duru bal, 1/2 çay qaşığı kamfora yağı yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı yuyun və üzünüzə adətən istifadə etdiyiniz qidalandırıcı krem çəkin.

Nəzərinizə çatdıraq ki, kamfora yağı allergik reaksiyalara səbəb ola bilər. Kamfora spirtini istifadə etdikdən əvvəl su ilə durulaşdırmaq lazımdır. Dərizə zədələnmələr olduqda kamfora spirti istifadə olunmur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri