Kamilə Babayeva atasının ölümünə səbəb olan qorxulu hadisədən danışdı
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aparıcı Kamilə Babayeva atasının ikinci evliliyindən danışıb.
Axşam.az xəbər verir ki, aparıcı "Astar" verilişində illər sonra bacı və qardaşının olduğunu deyib:
"Heç vaxt demədim ki, atam olsaydı belə olardı. Düşünürdüm ki, belə olmalı imiş, oldu. Məktəbdə, dostlarımın atası yox idi, ağlayırdılar. Mən yox.
Atamı görməmişəm. Anam Qaxda dərs deyirdi. Sarıbaş kəndində... Yəqin sevgiyə görə getmişdi. Qaxdan kimsə gələndə atamı tərifləyirdilər. Böyüdüm, bildim ki, atam evlənib. İki övladı var. Eşitdim ki, bacımın Son zəngidir. Veşimi yığdım və getdim. Orada qardaşımı gördüm. O andan onunla çox dostlaşdıq. Bir müddət get-gəl olmadı. Amma indi münasibtimiz yaxşıdır".
Kamilə atasının başına gələn hadisədən söz açıb:
"Atam həkim idi. Gecə işə gəlib. Mərhumdan biri əlin atıb, qorxudub atamı. Danışıb bunu. Bir dəfə gecə işdən gələndə ona elə gəlib ki, qız arxada oturub güzgüdən ona baxır. Müavinətini itirib, maşın çırpılıb. Deyirdilər ki, gəlib onu tapanda maın yararsız halda olub. Atam isə tərpənmədən oturubmuş. Ondan sonra onda xəstəlik yaranıb, unutqanlıq başlayıb. Belə-belə müəyyən vaxtdan sonra yaddaşında unutqanlıq yaranıb".


