Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Kamran Bayramov: Vətənə xəyanətin nə bəhanəsi, nə izahı, nə də bəraəti var!

Kamran Bayramov: Vətənə xəyanətin nə bəhanəsi, nə izahı, nə də bəraəti var!

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər ictimaiyyətin diqqətində olan əsas məsələ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və bir neçə partiya üzvünün saxlanılması ilə bağlı aparılan istintaq tədbirləridir. Bu proseslər ölkənin hüquq və təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. Oktyabr ayında Ramiz Mehdiyevlə bağlı başlanmış istintaq çərçivəsində müxtəlif şəxslərin ifadələri alınmış, müəyyən istiqamətlər üzrə araşdırmalar aparılmış və ayrı-ayrı ünvanlarda axtarış tədbirləri həyata keçirilmişdir. Bu istintaqın bir hissəsi olaraq AXCP sədri Əli Kərimli ilə bağlı da müvafiq tədbirlər görülüb. Onun evində axtarış aparılıb və aidiyyəti qurumlar tərəfindən istintaqa cəlb olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin son əməliyyat və axtarış tədbirləri göstərdi ki, Azərbaycan Respublikasında sabitlik və milli təhlükəsizlik etibarlı şəkildə qorunur. Ölkəmizdə uzun illər “beşinci kolon” kimi fəaliyyət göstərmiş xarici mərkəzlərin təsiri altında formalaşan antiazərbaycan şəbəkələrinin gizli fəaliyyətləri ardıcıl şəkildə ifşa edilir və hüquqi qiymətini alır. Bu proses bir daha təsdiqləyir ki, Azərbaycanın milli maraqlarına zidd hər hansı fəaliyyət göstərən qurum, siyasi qrup və ya fərd qanundan üstün deyil.
Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclison deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, illər boyu müxtəlif siyasi platformalarda özlərini “islahatçı”, “demokrat” və ya “akademik” adlandıran bəzi şəxslərin, o cümlədən Ramiz Mehdiyevin ətrafında formalaşmış dairələr və onun təsirində olan siyasi təlxəklərin xarici tapşırıqlar əsasında hərəkət etdiyi artıq cəmiyyətə məlumdur. Bu fəaliyyətlər hüquqi müstəvidə araşdırılır və hər kəs qanun qarşısında məsuliyyət daşıyır. 
Aydındır ki, 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiya istiqamətindən formalaşdırılan “şura” və digər gizli strukturların məqsədi Azərbaycanı yenidən qeyri-sabitlik mühitinə sürükləmək, 2003-cü ildə həyata keçirilməsi nəzərdə tutulan, amma baş tutmayan siyasi planları reallaşdırmaq idi.  
Bildiyimiz kimi, 2013-cü il prezident seçkiləri ərəfəsində Moskvada formalaşdırılan “Milyarderlər İttifaqı” və onun Azərbaycandakı siyasi layihəsi olan, adı milli, mahiyyəti isə tam antimilli olan “Milli Şura” təsadüfən meydana gəlməmişdi. Bu qurumlar xüsusi plan əsasında, xarici mərkəzlərin maraqlarına uyğun olaraq yaradılmışdı. Hədəf isə aydın idi: antimilli ünsürlərin əli ilə Azərbaycanı yenidən şər imperiyasının təsir dairəsinə qaytarmaq, ölkədə xaos yaratmaq və dövlətçilik əsaslarını sarsıtmaq.Təsadüfi deyil ki, özünü hər zaman “azad fikirli”, “demokrat”, “Qərb dəyərlərinə sadiq siyasətçi” kimi təqdim edən, amma əməllərində antimilli fəaliyyətlərdən çəkinməyən Gültəkin Hacıbəyli kimi şəxslər bu planların ən fəal dayaqlarına çevrilmişdilər. Onun “Ramiz Mehdiyevin içində həssas ürək var, onu tənqid edən ya vətən xainidir, ya da xaini olacaq” kimi absurda söykənən çıxışı da həmin dövrdə qurulan siyasi oyunun mahiyyətini açıq şəkildə göstərirdi.
Deputat diqqətə çatdırıb ki, eyni xətt üzrə fəaliyyət göstərən Cəmil Həsənli də Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyən əsas fiqurlardan biri olmuşdur. Özünü guya “tarixçi-alim”, “düşüncə adamı” kimi təqdim etsə də, onun siyasi davranışı, Azərbaycan əleyhinə yönəlmiş bəyanatları, xarici dairələrə verdiyi açıq mesajlar ölkənin müstəqilliyinə qarşı məqsədli fəaliyyətin tərkib hissəsi idi. 
Milli Şuranın başında dayanaraq Azərbaycan dövlətini hədəfə alan fikirlər səsləndirməsi, dövlətçiliyə qarşı qurulmuş kampaniyaların ideoloqlarından biri kimi çıxış etməsi onun xəyanətkar mövqeyini bir daha üzə çıxardı. Bu faktlar bir daha göstərir ki, “Milyarderlər İttifaqı”, “Milli Şura”, Ramiz Mehdiyev ətrafında formalaşan gizli şəbəkə, həmçinin Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimi siyasi manipulyatorların fəaliyyəti Azərbaycana qarşı vahid xətt üzrə koordinasiya olunmuş layihənin tərkib hissəsi idi. Azərbaycanın müstəqilliyinə, sabitliyinə və milli maraqlarına qarşı yönəlmiş bu cəhdlər isə xalq-iqtidar birliyinin gücü qarşısında hər zaman iflasa məhkumdur.
K.Bayramov vurğulayıb ki, bu gün Azərbaycan artıq tamamilə fərqli, güclü və sabit bir dövlət kimi mövcuddur. 
Ölkəmiz ərazi bütövlüyünü tam bərpa etmiş, regionda söz sahibi olan güclü dövlət kimi ictimai-siyasi sabitliyə yönələn bütün təhdidlərin qarşısını kökündən alır və bundan sonra da alacaq. Azərbaycan rəhbərliyi həm daxili, həm də xarici antiazərbaycan mərkəzlərinin bütün niyyətlərini zərərsizləşdirməyə tam qabildir və bu qüdrət ölkəmizin dayanıqlı gələcəyinin təminatıdır. Biz azad və demokratik cəmiyyətdə yaşayırıq. Bu ölkədə müxtəlif fikirlərin ifadə olunması, hökumət siyasətinə alternativ mövqelərin səsləndirilməsi tamamilə normaldır. 
Müxalifət siyasi sistemin bir hissəsidir və biz parlamentdə təmsil olunan müxalifət partiyaları da daxil olmaqla, sağlam tənqid və sivil dialoqa həmişə hörmətlə yanaşmışıq. Fikrini açıq deyən, narazılığını hüquqi-institusional çərçivədə ifadə edən hər kəsə hörmət göstərilir. Lakin bir hədd var ki, onu keçmək artıq müxalifətçilik deyil. Vətənə qarşı çıxmaq, dövlətin təhlükəsizliyinə zərbə vurmaq, milli maraqları tapdalamaq, xarici dairələrin sifarişlərini yerinə yetirmək bu, siyasi fəaliyyət deyil, açıq-aşkar düşmənçilikdir. Bu, xalqın etimadına, müstəqilliyinə və dövlətçiliyinə xəyanətdir.
K.Bayramov əlavə edib ki, Vətənə xəyanətin nə bəhanəsi, nə izahı, nə də bəraət yeri ola bilər.
Dövlətinə arxa çevirən, milli maraqları satmağa cəhd edən hər kəs öz əməlina uyğun cavab almalıdır. Azərbaycan dövləti heç vaxt xəyanəti bağışlamamış və bağışlamayacaq. Çünki dövlətçilik müqəddəsdir. Bu müqəddəsliyin keşiyində dayanmaq isə həm hüquqi, həm mənəvi borcdur. 
Ramiz Mehdiyevin illər boyu gizli siyasi oyunlarla dövlətçilik maraqlarına zidd fəaliyyət göstərməsi, eləcə də Əli Kərimli kimi xarici təsirlərin orbitində olan qüvvələrin milli sabitliyi hədəfə alan addımları bir daha sübut edir ki, belə davranışlar nə cəmiyyət tərəfindən, nə də dövlət tərəfindən qəbul olunur.
Bu gün Azərbaycan dövləti hüququn aliliyini təmin edərək hər bir xəyanət faktına prinsipial mövqe nümayiş etdirir. Cəzanın labüdlüyü həm Ramiz Mehdiyevin çevrəsində illərlə formalaşmış antiazərbaycan şəbəkələrinə, həm də Əli Kərimli kimi siyasi manipulyasiyalara üz tutanlara açıq mesajdır: Azərbaycanın müstəqilliyi, suverenliyi və milli birliyi toxunulmazdır. Bu dəyərlərə xəyanət edən hər kəs layiqli cavabını alacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Dekabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see206

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see174

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri