Kamran Əliyev Aleksandr Qutsanla görüşdü Əməkdaşlıq Proqramı imzalandı
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdədir.
“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan arasında ikitərəfli görüş keçirilib.
Azərbaycan nümayəndə heyətinə göstərilən xüsusi diqqətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kamran Əliyev deyib ki, Azərbaycan və Rusiya arasında tarixən formalaşmış dərin mədəni, siyasi və hüquqi əlaqələr mövcuddur.
İki ölkənin siyasi liderləri İlham Əliyev və Vladimir Putin arasında səmimi dostluq münasibətlərinin nəticəsidir ki, ölkələrimizin tərəfdaşlığı strateji müttəfiqlik səviyyəsinədək inkişaf edərək sıxlaşıb. Bu isə öz növbəsində hər iki dövlətin hüquq mühafizə orqanları arasında məhsuldar işgüzar münasibətlər üçün əlverişli zəmin formalaşdırır.
İki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın hazırkı səviyyəsindən razılığını bildirən Kamran Əliyev qeyd edib ki, bu əlaqələr iki istiqaməti əhatə edir. Belə ki, hər iki ölkənin hüquqtətbiqetmə təcrübəsinin və qanunvericiliyinin yeni institutlarının öyrənilməsi ilə yanaşı, konkret cinayət işləri çərçivəsində hüquqi yardım göstərilməsi və cinayət törətmiş şəxslərin verilməsi istiqamətində də əməkdaşlıq əlaqələrində yüksələn xətt üzrə inkişaf edir.
Öz növbəsində Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan deyib ki, hər iki ölkənin prokurorluq orqanları arasında ənənəvi olaraq, yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcud olub.
Rəsmi səfərdə iştirak dəvətini qəbul etdiyinə görə Kamran Əliyevə təşəkkürünü bildirən rusiyalı həmkarı, əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb. Daha sonra konkret cinayət işləri ilə bağlı müzakirələr aparılıb.
Görüşün yekununda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb.
Sənədin iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.








Baxış sayı:114
Bu xəbər 01 Oktyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















