Kamran Əliyev İstanbul Baş prokurorunun müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Report" xəbər verir ki, səfərin məqsədi prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, institusional təcrübə mübadiləsinin aparılması və hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi olub.
Səfər çərçivəsində qonaqlar Bakı şəhər prokurorluğunda olublar.
Nümayəndə heyətinə "Elektron Prokurorluq" İnformasiya Sisteminin fəaliyyəti, sistem çərçivəsində tətbiq edilən müasir rəqəmsal həllər, elektron xidmətlər, vətəndaş müraciətlərinin operativ, şəffaf və effektiv şəkildə icrasına imkan verən mexanizmlər barədə geniş təqdimat keçirilib.
Səfər proqramına uyğun olaraq nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşüb. Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olması vurğulanıb, bu münasibətlərin hüquq-mühafizə orqanları, xüsusilə prokurorluq qurumları arasında əlaqələrin daha da dərinləşməsinə və qarşılıqlı fəaliyyətin genişləndirilməsinə əlverişli şərait yaratdığı bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 16 Yanvar 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















