Icma.az
close
up
RU
Kamran Əliyev İstanbulun Baş prokuroru ilə görüşdü FOTOLAR

Kamran Əliyev İstanbulun Baş prokuroru ilə görüşdü FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Baş prokuror Kamran Əliyevin dəvəti ilə İstanbul şəhərinin Baş prokuroru Akın Gürlekin rəhbərlik etdiyi nümayəndə heyəti 30-31 yanvar tarixlərində Bakıda işgüzar səfərdə olub.

"Unikal" xəbər verir ki, ilk öncə nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Şəhidlər xiyabanında olan qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirərək, məzarları üzərinə gül dəstələri qoyublar. O cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi  ziyarət edilib. 

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib. Görüş zamanı Kamran Əliyev dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə, xüsusilə də prokurorluqlar arasında uğurla inkişaf etdiyini bildirməklə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində səmərəli əməkdaşlıqdan bəhs edib. 

Baş prokuror Müzəffər Ali Baş Komandanın və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işlərinin aparıldığını, türk şirkətlərin bu işdə yaxından iştirak etdiyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Akın Gürlek tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyini vurğulayıb.

Görüşdə ikitərəfli və çoxtərəfli formatda birgə fəaliyyətin perspektivləri, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquqi  əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Baş Prokurorluğun Tarix muzeyində Azərbaycan Prokurorluğunun zəngin tarixi, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar, həmçinin qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar qonaqlarda zəngin təəssürat oyadıb.

Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası və Zəfər muzeyi ilə tanış olaraq, prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Həmçinin qonaqlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Bakı şəhər prokurorluğunun fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində türkiyəli prokurorlar Heydər Əliyev Mərkəzində görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə, eləcə də İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olublar. 

Nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Fevral 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri