Kamran Əliyev prokurorlara və hakimlərə təşəkkür edib
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Baş prokuror Kamran Əliyev hərbi cinayətlərə görə mühakimə olunmuş Ermənistan vətəndaşlarının işində göstərilən köməyə görə prokurorlara və hakimlərə təşəkkür edib.
“Qafqazinfo” xəbər verir ki, Kamran Əliyev Prokurorluq işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxış edib.
Baş prokuror belə xüsusilə ağır cinayət işində dəstək göstərən istintaqçılara, dövlət ittihamçılarına, məhkəmə hakimlərinə, eləcə də bu işlərlə bağlı sübutlar toplamış veteran prokurorlara ayrı-ayrılıqda minnətdarlığını çatdırıb.
K.Əliyevin sözlərinə görə, bu, tarixi bir iş olub, belə işin hüquqi qələbə ilə başa çatması da tarixi hadisədir: “Təbii ki, bu məhkəmə proseslərinin baş tutması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu tədbirlərin nəticəsidir”.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 28 Sentyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















