Icma.az
close
up
RU
Kamran Əliyev Rumıniyanın ədliyyə naziri ilə müzakirə apardı FOTOLAR

Kamran Əliyev Rumıniyanın ədliyyə naziri ilə müzakirə apardı FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 24 noyabrda Rumıniyanın ədliyyə naziri Radu Marinesku ilə görüşüb.  

"Unikal" xəbər verir ki, görüşdə dövlətlərimiz arasında mövcud olan starteji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyəsi, hüquqi əməkdaşlığın inkişafı və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. 
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Azərbaycan ilə Rumıniya arasında münasibətlərin ənənəvi olaraq dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykəndiyini  vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ildə Buxarestə baş tutan rəsmi səfərini xatırlayıb. O, bu münasibətlərin formalaşmasında dövlət başçısı İlham Əliyevin mühüm rolunu vurğulayıb. Hüquqi sahədə əməkdaşlıq məsələlərinə toxunan Baş prokuror, ölkələrimiz arasında gənc kadrlar üçün qarşılıqlı təcrübə mübadiləsi proqramlarında iştirakın təmin olunması, korrupsiya, narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və kibercinayətkarlıq daxil olmaqla transmilli cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq barədə danışıb. 
Rumıniyanın ədliyyə naziri Radu Marinesku Rumıniyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini, eləcə də enerji və nəqliyyat layihələri sahəsində ortaq maraqları qeyd edib. Ədliyyə naziri Azərbaycanın Avropa İttifaqı ilə konstruktiv dialoqun və Cənubi Qafqazda sabit mühitin qorunmasının Rumıniya tərəfindən dəstəkləndiyini vurğulayıb. O, bunun, regionda investisiyalar və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tərəflər müntəzəm dialoqu davam etdirmək və qarşlıqlı maraq doğuran sahələrdə konkret layihələri inkişaf etdirmək barədə razılığa gəliblər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Noyabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri