Kamran Əsədovun məhkəməsi yenidən təxirə salındı SƏBƏB
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində keçirilməsi nəzərdə tutulan iclas müdafiəçinin gəlməməsi səbəbindən baş tutmayıb.
Məlumata görə, əvvəlki iclasların birində də Hikmət Əliyev məhkəmə prosesinə iki saat gecikib. Bu gün keçiriləcək iclasın tarixi isə müdafiəçinin iştirakı və razılığı ilə əvvəlcədən müəyyənləşdirilib. Buna baxmayaraq, o, razılaşdırılmış tarixdə məhkəməyə gəlməyib və prosesin yenidən təxirə salınmasına səbəb olub.
Baş verənlər müdafiəçinin məhkəmə iclaslarında iştirak etməməsinin prosesin gedişinə təsiri məsələsini gündəmə gətirir. Bununla belə, müdafiəçinin iclasa gəlməməsinin səbəbi barədə əlavə məlumat verilməyib..jpeg)
Xatırladaq ki, Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul və buraxılış imtahanları zamanı qanunsuz texniki vasitələrdən istifadə etməklə abituriyentlərə kömək göstərilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilir. İş üzrə tarix müəllimi Gündüz Abbasov və Sənan Hüseynov da ittiham olunurlar.
İttihama əsasən, imtahanlarda iştirak edən şəxslərə test suallarının cavablandırılmasında kömək etmək məqsədilə gizli informasiya əldə etmək və ötürmək üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə edilib. İstintaqın məlumatına görə, bu vasitələr bir sıra abituriyentlərin üzərinə yerləşdirilib.
Kamran Əsədov 2026-cı il yanvarın 23-də Gəncə Şəhər Məhkəməsində keçirilən proses zamanı barəsində həbs qətimkan tədbiri seçildikdən sonra məhkəmə zalında həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Oktyabr 2026 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















