Icma.az
close
up
RU
Kamran Şəfiyev: Konstitusiyada sosial ədalət konsepsiyası geniş formada öz əksini tapıb

Kamran Şəfiyev: Konstitusiyada sosial ədalət konsepsiyası geniş formada öz əksini tapıb

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 30 il bundan əvvəl qəbul edilmiş Konstitusiya dövlət və cəmiyyətin bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların əsası kimi çıxış edib".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev mayın 2-də "İctimai proseslər media müstəvisində" adlı forumda çıxış edərkən deyib.

O bildirib ki, Heydər Əliyev hüquqi dövlət quruculuğu istiqamətində apardığı ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Konstitusiya müasir hüquqi dövlətin təməlini təşkil edən dəyərləri özündə əks etdirib və müstəqil Azərbaycanın hüquqi, siyasi və iqtisadi inkişaf strategiyasının əsasını qoyub.

K.Şəfiyev deyib ki, Azərbaycan Respublikası Konstitusiyasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətin bölünmə prinsipi əsasında qurulması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi bəyan edilməsi və digər mütərəqqi ideyalar dayanıb:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın inkişafı və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ölkədə həyata keçirilən hüquqi və institusional islahatlar, Konstitusiyaya edilən əlavə və dəyişikliklər dövlət idarəçiliyinin səmərəliliyini artırmaq, insan hüquqlarının daha uyğun şəkildə qorunmasını təmin etmək məqsədi daşıyır. Keçirilmiş referendum nəticəsində Konstitusiyada mütərəqqi dəyişikliklər edilib və idarəetmə sistemi çevik və effektiv təmin olunub".

Kamran Şəfiyev qeyd edib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar ölkəmizdə siyasi, iqtisadi və hüquq sisteminin köklü dəyişdirilməsindən ibarət olmaqla, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edib. Azərbaycan Respublikası Konstitusiyasında sosial ədalət konsepsiyası geniş formada öz əksini tapıb:

"Burada iqtisadiyyatın azad inkişafına təminat verməklə ölkənin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi funksiyası olaraq dövlətin üzərinə qoyulub".

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 May 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri