Kanada ABŞ ın etirazına görə Ukrayna ilə bağlı birgə bəyanatdan imtina edib
Icma.az, Apa.az saytına istinadən bildirir.
G7 sammitinə ev sahibliyi edən Kanada, Birləşmiş Ştatların etirazı səbəbindən Ukrayna ilə bağlı birgə bəyanatın qəbulundan imtina edib.
APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi Kanadanın rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
Sammitin Kanadanın Kananasqis şəhərində keçirilən son günündə G7 liderləri altı ayrı birgə bəyanat qəbul ediblər. Sənədlər nadir metallar, süni intellekt, kvant texnologiyaları, qanunsuz miqrasiya, meşə yanğınları ilə mübarizə və transmilli repressiyalara qarşı tədbirlərə həsr olunub.
Bundan əlavə, 16 iyun tarixində onlar İran-İsrail münaqişəsinə dair ayrıca bəyanat üzərində də razılığa gəliblər.

Trampın qərargahı Ukrayna ilə bağlı qalmaqallı bəyanatdan imtina edib
10 Noyabr 2024 09:02
Kreml ABŞ ın Ukrayna ilə bağlı tələblərini şərh etməkdən imtina edir
13 Mart 2025 14:13
Rubio: ABŞ ın Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir
12 May 2025 06:52
Lukaşenko: ABŞ ın Ukrayna münaqişəsi ilə bağlı planı yoxdur
13 Mart 2025 17:01
Tramp ABŞ ın Ukrayna ilə bağlı danışıqlardan çıxmasından danışıb
04 May 2025 18:48

