Kanada avqustun 1 dək ABŞ ilə ticarət müqaviləsi bağlamağa ümid edir
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kanada hökuməti bu ilin avqustun 1-dək ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə yeni ticarət sazişi bağlamağa ümid edir.
Missiya.Az xəbər verir ki, bunu Kanadanın idarələrarası işlər naziri Dominik Leblan deyib.
"Kanadalılar bizdən Kanadalı işçilər üçün mümkün olan ən yaxşı sövdələşməni əldə etmək üçün lazım olan vaxtı ayırmağımızı gözləyirlər", - o bildirib.
Nazirin sözlərinə görə, Ottava yalnız Kanadanın Baş naziri Mark Karni sövdələşməni ölkənin yerli işçilər və iqtisadiyyatı üçün edə biləcəyinin ən yaxşısı hesab etdikdən sonra razılaşmanı qəbul edə biləcək.
Leblan həmçinin Kanada və ABŞ arasında “mürəkkəb danışıqlar prosesi”nə işarə edərək, nazirin bu həftə Vaşinqtona səfər etməyi planlaşdırdığını ifadə edib.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 29 İyul 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















