Kanada baş naziri ABŞ Rusiya sammitini dəstəklədi
Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
Kanadanın baş naziri Mark Karni Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində keçiriləcək ABŞ-Rusiya sammitini dəstəkləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Karni ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında baş tutan telefon danışığından sonra hökumətin yaydığı bəyanatda yer alıb.
Bəyanatda qeyd olunur ki, baş nazir prezident Donald Trampın və ABŞ-ın qarşıdakı danışıqlar çərçivəsində Ukraynada sülhün təmin olunması üçün atdığı addımları alqışlayıb. Karni həmçinin avqustun 10-da Avropa İttifaqı liderlərinin Trampın Ukraynada hərbi əməliyyatlara son qoymaq səylərinə verdiyi dəstəyi təsdiqləyib.
Zelenski ilə söhbətdə Kanada hökumət başçısı Qərbin Rusiyaya təzyiqlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb və Ukrayna böhranının həlli üçün Avropa “istəklilər koalisiyası” və ABŞ ilə sıx əməkdaşlıq aparacaqlarını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 12 Avqust 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















