Kanada bunun üçün Ukraynaya 253 milyon dollar ayırdı
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, bu barədə Karni Kalqaridə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən mətbuat konfransında bildirib.
Karni tutucu raketlərin tədarükünün ABŞ-nin "Jump Start" mexanizmi vasitəsilə həyata keçiriləcəyini qeyd edib.
"350 milyon dollar dəyərində olan bu avadanlıq paketi Ukrayna xalqını, onun infrastrukturunu və hava məkanını qorumağa kömək edəcək", - deyə Kanadanın baş naziri bəyan edib.
Bundan əlavə, Karni Kanadanın dron istehsalını artırmağı planlaşdırdığını açıqlayıb. İki il ərzində ölkə istehsal həcmini milyonlarla ədədə çatdırmağı planlaşdırır və istehsal olunan pilotsuz uçuş aparatlarının üçdə birini Ukrayna Müdafiə Qüvvələrinə təhvil verməyi öhdəsinə götürür.
Həmçinin Kanada hökumətinin başçısı pilotsuz sistemlərin istehsalı sahəsində Ukrayna ilə əməkdaşlığın möhkəmləndirilməsini bəyan edib.
"Dövlətlərarası səviyyədə Kanada və Ukrayna sizin döyüş təcrübənizi Kanadanın istehsal proqram təminatı və süni intellekti ilə birləşdirərək, pilotsuz sistemlərin, dronlara qarşı mübarizə texnologiyalarının və prioritet döyüş sursatlarının birgə istehsalı üçün uzunmüddətli tərəfdaşlıq qururlar", - deyə Karni bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 11 Sentyabr 2026 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















