Icma.az
close
up
RU
Kanada Fransanın hərbi sənaye şirkəti ilə əməkdaşlıqdan imtina edib

Kanada Fransanın hərbi sənaye şirkəti ilə əməkdaşlıqdan imtina edib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 27 avqust, AZƏRTAC

Fransanın nəhəng hərbi sənaye şirkəti olan “Naval Group” Kanadanın sualtı qayıqlarla bağlı proqramından çıxarılıb. Bununla da, Kanada Fransa ilə sualtı qayıq alışı məsələsini nəzərdən keçirməkdən imtina edib və 60 milyard Kanada dolları (təxminən 40 milyard avro) dəyərində olan "Kanada patrul sualtı qayıqları proqramı" Fransa üçün bağlanmış hesab edilib.

AZƏRTAC xəbər verir ki, Kanada hökuməti ikinci seçim mərhələsində fransız istehsalçını siyahıdan çıxararaq Almaniyanın “TKMS” və Cənubi Koreyanın “Hanwha Ocean” şirkətlərini irəli çəkib. Bu, “Naval Group” üçün strateji məğlubiyyət hesab olunur və 1980-ci illərdə baş vermiş oxşar hadisəni xatırladır.

Məlumata görə, “Naval Group” 2024-cü ildə bu layihəyə qatılmaq üçün ehtiyatlı və ümidli davranıb. Şirkət “Barracuda” modelinə və Fransa Hərbi Dəniz Qüvvələrinin dəstəyinə güvənib. Fransa bu layihə üçün siyasi və hərbi səviyyədə lobbiçilik edib. “Tourville” adlı nüvə sualtı qayığının Halifax şəhərində dayanması isə Fransanın Arktikada və uzunmüddətli missiyalarda öz təcrübəsini Kanadaya nümayiş etdirmək cəhdi kimi qiymətləndirilib.

Kanadanın Hökumət Dəyişikliyi və İctimai İşlər Nazirliyi qərarın ölkənin ehtiyaclarının dərin təhlili nəticəsində verildiyini açıqlayıb. Seçim zamanı çatdırılma vaxtının, digər ölkələrin təcrübəsinin və müttəfiq dəniz qüvvələrinin rəylərinin əsas rol oynadığı vurğulanıb.

Qeyd edək ki, 1980-ci illərdə də Fransa Kanadaya sualtı nüvə qayıqları satmaq istəyib, lakin bu, siyasi səbəblərdən baş tutmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri