Kanada ilə yeni layihələr planlaşdırırıq Ərdoğan
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın Baş naziri Mark Karni ilə Ankarada keçirdiyi danışıqların yekununda iki ölkə arasındakı münasibətlərin yeni və daha yaxşı mərhələyə qədəm qoyduğunu bildirib.
Modern.az xəbər verir ki, Kanada hökumətinin başçısı ilə birgə mətbuat konfransında Türkiyə Prezidenti Ankara ilə Ottava arasında dialoqun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan edib.
“Strateji tərəfdaşlıq sayəsində yaxın vaxtlarda energetika, ticarət, nəqliyyat və müdafiə sənayesi kimi bir çox sahədə yeni layihələr həyata keçirməyi planlaşdırırıq”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib. O, Türkiyə-Kanada əməkdaşlığının dərinləşdirilməsi üçün konkret addımları nəzərdə tutan Fəaliyyət Planının da qəbul edildiyini qeyd edib.
Onun sözlərinə görə, tərəflər ilin sonunadək Azad Ticarət Sazişi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər. Bu saziş ticarət və investisiyaların həcminin artmasını təmin edəcək.
“Ankara və Ottava NATO üzrə müttəfiqlərdir və müdafiə sənayesi sahəsində əməkdaşlığın əhəmiyyətini dərk edirlər. Bu gün müdafiə sektoru üzrə tərəfdaşlığa dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Alyansın üzvü olan ölkələrin müdafiə sənayesinin maliyyələşdirilməsi məqsədilə Kanadanın rəhbərliyi ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının hərbi-sənaye kompleksi sahəsində əməkdaşlığımıza dəstək verəcəyini gözləyirik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan Kanada ilə nüvə energetikası sahəsində dialoqun dərinləşdirilməsini də prioritet istiqamət adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 22 Oktyabr 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















