Icma.az
close
up
RU
Kanada mətbuatı Paşinyanın erməni soyqırımına fərqli baxışından yazıb

Kanada mətbuatı Paşinyanın erməni soyqırımına fərqli baxışından yazıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Uzun illərdir davam edən 1915-ci il hadisələri hekayəsini şübhə altına alaraq mübahisələri alovlandıran Ermənistan Baş naziri Nikol Paşinyan həm ölkə daxilində, həm də qlobal erməni diasporunda tənqidlərə məruz qalır. Onun açıqlamaları “erməni soyqırımı”nın formalaşmasında Sovet İttifaqının roluna və bu təbliğatın arxasında duran geosiyasi motivlərə işıq salır.

Bu barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunmuş məqaləsində yazıb. 

“Nikol Paşinyan və 1915-ci il hadisələri” başlıqlı məqalədə Paşinyanın Davosda çıxışının qəbul edilmiş tarixi təsəvvürlərə meydan oxuduğu, bununla da həm qızğın müzakirələrə, həm də erməni millətçilərinin və beynəlxalq müşahidəçilərin kəskin reaksiyalarına səbəb olduğu göstərilib. 1915-ci il hadisələrinə dair soydaşlarının şərhinə şübhə ilə yanaşdığını bildirən erməni Baş nazir onların uzun illər formalaşmış versiyalardan əl çəkməmələrini tənqid edib.

Paşinyana görə, bu hadisələr zamanı dəqiq nəyin və niyə baş verdiyini, eləcə də “erməni soyqırımı” məsələsinin nə üçün 1939-cu ildə gündəmə gətirilmədiyini, 1950-ci illərdə qəfildən aktuallaşdığını anlamaq vacibdir. Paşinyanın bəyanata həm Ermənistan daxilində, həm də qlobal erməni diasporunda çox sərt reaksiya verilib. O, Ermənistanın milli təhlükəsizliyini təhdid sayılacaq “təhlükəli” bəyanatlar səsləndirməkdə ittiham olunub. Paşinyan ermənilərin uzun illərdir “erməni soyqırımı” adlandırılan 1915-ci il hadisələrindən siyasi və milli məqsədlərlə öz maraqlarını dünyada təbliğ etmək, hətta Türkiyəyə siyasi ziyan vurmaq üçün istifadə etdiklərini söyləyib. Onun sözlərinə görə, bunu təkcə ermənilər deyil, həm də sovetlər edib. Bu da Ermənistanın baş nazirinin daha kəskin şəkildə tənqid olunmasına gətirib çıxarıb.

Məqalədə Paşinyana istinadən yazılıb ki, əlavə miflərlə “soyqırımı” hekayəsini Sovet İttifaqı uydurub, Ermənistan Sov.İKP MK üzvü Karen Dəmirçyan isə təbliğ edib. Müəllifin fikrincə,  Paşinyanın 1950-ci illərin adını çəkməsi də təsadüfi deyil. Belə ki 1952-ci ildə Türkiyə NATO-ya üzv qəbul olunub. Nəticədə sovetlər Türkiyəyə təzyiq göstərmək üçün erməni tarixindən istifadə etməyə başlayıblar. Bu vəziyyət sovetlərin ermənilərin qayğısına qalmaq və ya 1915-ci il hadisələri ilə bağlı həqiqəti üzə çıxarmaq istəyindən deyil, türklərə nifrətindən və Sovet İttifaqının düşməni olan NATO üzvlərinə zərər vermək istəyindən irəli gəlib. Bununla belə, Sovetin “erməni soyqırımı”nı təbliğinə, hadisələrin şərhinə miflər əlavə etməsinə baxmayaraq, bu hekayənin yaradıcısı elə ermənilər özləridir.                                                                         

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://thej.ca/2025/02/17/nikol-pashinyan-and-the-events-of-1915/ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri